Məhkəmə qərarları › İş №3(125)-204/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-204/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-204/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC xx.xx.2022-ci il tarixdə, saat 17:40-da Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi bildirilmiş, onun barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin baş müfəttişi, X3 tərəfindən MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edib, əlavə olaraq bildirdi ki, “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməsi barədə hüquqi şəxs Şəxs MMC-yə məktub verildiyini və həmin Qanunun 7.1-1-ci və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinə riayət edilməsi nəzərlərinə çatdırılmışdır. Həmçinin, o, bildirdi ki, protokol onlar tərəfindən tam düzgün tərtib edilmiş, lakin akt tərtib olunan zaman texniki yanlışlığa yol verilmişdir. Belə ki, protokolda hüquqi şəxs tərəfindən İXM-nın 428.7.2-ci maddəsinin tələblərinin, aktda isə İXM-nın 428.7.1-ci maddəsinin tələblərinin pozulduğu göstərilsə də həmin ziddiyət texniki yanlışlıq olduğundan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasınında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 izahat verərək bildirdi ki, ona xəbərdarlıq məktubu gəlməyib, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol oxunmaq üçün ona verilməmiş, bu səbəbdən də protokola imza etməkdən imtina etmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinə əsasən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 314 nömrəli aktdan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasına tərəflər gəlməmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər iştirak etmiş və məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsinin nəzərinə çatdırılmışdır ki, inzibati xəta haqqında protokolun İXM-nin 428.7.2-ci maddəsi ilə tərtib olunduğu və həmin tarixdə tərtib olunmuş 314 nömrəli aktda isə inzibati xəta haqqında protokolun 428.7.1-ci maddəsi ilə tərtib olunduğu, yəni inzibati xəta haqqında protokolda hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nın 428.7.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi, aktda isə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilməsi və göründüyü kimi inzibati xəta haqqında protokol və akt arasında ziddiyət mövcuddur, lakin buna baxmayaraq xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmin İdarə tərəfindən protokol və akt arasında olan ziddiyyət aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və akt arasında ziddiyət olduğundan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar