Məhkəmə qərarları › İş №3(125)-2040/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2040/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2040/2023 11.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:15 radələrində Əziz Əliyev prospektində vətəndaş Şəxs YPX əməkdaşlarının qanunu tələbinə qəsdən tabe olmamış, nəticədə Azərbayan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 YPX əməkdaşlarının raportuna əsasən bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:15 radələrində Gəncə şəhəri, Əziz Əliyev prospektində **-OL-*** dövlət qeydiyyat nömrəli “Kia Sorento” markalı avtomobil polis əməkdaşları tərəfindən sərxoşluq əlamətləri olduğuna görə saxlanılmış, adı sonradan polisə məlum olan X1 alkotester müayinəsindən keçməsi xahiş edilsə də, sürücü və sərnişin Şəxs tabesizlik göstərərək imtina etmiş, səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Onları dəfələrlə nizam-intizama dəvət etsələrdə, polisin qanuni tələblərinə və köməyə gələn post patrul xitmətinədə tabesizlik göstərmişlər. Beləliklə, sürücü və sərnişin post patrul xidmətinin köməyi ilə Gəncə şəhəri BPİ-nin 4-cü PB-nə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Gədəbəy rayonundan qayıdarkən, Gəncə şəhəri, Əziz Əliyev küçəsində yolu bilmədikləri üçün YPX əməkdaşlarından yolu soruşmaq istəmişlər. Həmin vaxt YPX əməkdaşı sürücü Mehmana kobud şəkildə alkotester müayinəsindən keçməyi bildirmiş, Mehman isə polisdən özünü təqdim etməsini istədikdə polis əməkdaşı nalayiq ifadələr işlətmişdir. YPX əməkdaşları kobud şəkildə maşına basqın edərək təzyiqlər göstərmiş, sonra onları bölməyə aparmışlar. Beləliklə o, özünü 535.1-ci maddəsinə əsasən təqsirli bilmir, heç bir tabesizlik etməmiş, sadəcə onlarla kobud davrandıqları üçün irad bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə ŞBPİ-nin ƏYPXB-nin YPX inspektoru, polis baş serjantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:15 radələrində Gəncə şəhəri, Əziz Əliyev prospektində **-OL-*** dövlət qeydiyyat nömrəli “Kia Sorento” markalı avtomobil onlar tərəfindən sərxoşluq əlamətləri olduğuna görə saxlanılmışdır. Adı sonradan polisə məlum olan X1 alkotester müayinəsindən keçməsi xahiş edilsə də, sürücü və sərnişin Şəxs müayinədən imtina etmiş və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələrdə, Şəxs polisin qanuni tələblərinə əməl etməmiş və köməyə gələn post patrul xitmətinədə tabesizlik göstərmişlər. Bundan sonra onlar sürücü və sərnişini post patrul xidmətinin köməyi ilə Gəncə şəhəri BPİ-nin 4-cü PB-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə ŞBPİ-nin ƏYPXB-nin YPX inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni polisin qanuni tələbinə tabe olmaması barədə izahaına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri ilə tam təkzib edilmişdir. Çünki Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə də İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. Məhkəmə, Şəxs özünu təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində cərminin dörddə üçü həddində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar