Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2047/2024 07.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X1 Gəncə şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 342.9, 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar daxil olmuşdur (3(125)-2046/2024 və 3(125)-2047/2024) . İş üzrə toplanmış materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, materiallar aidiyyatı üzrə düzgün göndərilmişdir. İnzibati icraatın başlanması haqqında qərar və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmış, vəsatətlər və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9, 510, 511.1.3 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-2047/2024 saylı inzibati xəta haqqında material məhkəmənin icraatına qəbul edilsin və İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən həmin material məhkəmənin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-2046/2024 saylı inzibati xəta inzibati xəta haqqında materialla bir icraatda birləşdirilərək baxılsın. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-2047/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2047/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver