Məhkəmə qərarları › İş №3(125)-205/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-205/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-205/2022 21.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolun hüquqi əsası olmadığı üçün ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Gəncə-Qazax marşrutu ilə hərəkət edərkən X9 əməkdaşı tərəfindən ona İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bu cərimədə onun heç bir təqsiri yoxdur. O, qırmızı işıq yandıqda dayanmış və yalnız yaşıl işıq yandıqda hərəkət etmişdir. X8 əməkdaşı ona məxsus olan “Renault Megane minik” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə haqsız yerə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X3 şikayət ərizəsində İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən şikayətə əlavə edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi isə şikayətə əlavə edilmiş sənədlərdən görünmür. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, əgər İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdirsə, o, yalnız qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 20 gün müddətində qərarın qanuniliyini yuxarı vəzifəli şəxs və ya məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar