Məhkəmə qərarları › İş №3(125)-2067/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2067/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2067/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X11 Şöbəsi, polis mayoru, X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Kəlbəcər rayonunun Yanşaq kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Kəlbəcər rayonunun Yanşaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:33 radələrində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ 21061 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, A.İsgəndərov prospekti ilə hərəkətdə olarkən idarəetməni itirmiş, nəticədə dayanmış vəziyyətdə olan Hyundai markalı, **-EO-*** nömrəli avtomaşınla toqquşmuşdur. Nəticədə Hyundai markalı, **-EO-*** nömrəli avtomaşının sahibi zərərçəkmiş X5 maddi ziyan vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-in 327.1, 327.6, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X11 Şöbəsi, polis mayoru X6 inzibati protokol və ona əlavə edilmiş materialların dəlillərinə uyğun izahat verərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü -cü il tarixdə saat 16:33 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21061 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə A.İsgəndərov prospektində hərəkətdə olarkən Hyundai markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur və gözləmədən sürüb getmişir. Hadisə yerinə DYP əməkdaşı gəlmiş, hadisə sxemini tərtib etmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X7 bildirdi ki, ona məxsus Hyundai markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini A.İsgəndərov prospektində yolun kənarında saxlamışdır. Şəxs VAZ 21061 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə geriyə manevr edərkən avtomobilin qabaq hissəsini vurarq qaçmıçdır. Nəticədə maddi ziyan dəymişdir. Avtomobilinə dəyən zərərin ödənilməsinə köməklik göstərməsini xahiş etmişdir. Məhkəmə iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqında iş üzrə icraatın başlanması barədə” Qərardadın surətindən görünür ki, inzibati xəta haqında iş üzrə icraat başlanılaraq inzibati araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqında icraatın dayandırılması haqında” Qərarın surətindən görünür ki, VAZ 21061 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı abtomobilin sürücüsünün yeri müəyyən edilənə kimi inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında işin icraatının təzələnməsi haqqqında” qərarın surətindən görünür ki, VAZ 21061 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı abtomobilin sürücüsü Şəxs yeri müəyyən edildiyinə görə inzibati xəta haqqında işin icraatı təzələnmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Avtomotoservis və Ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, Hyundai markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı, ehtiyat hissələrinin dəyişdirilməsi və zəruri olan işlərin görülməsinə yekunda 630 manat xərc tələb edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 tərəfindən verilmiş Arayışdan görünür ki, barəsində icraat aparılan şəxs Şəxs hüquqsuz olması aşkar edilmişdir. 80386 nömrəli Veteran Vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmədə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar