Məhkəmə qərarları › İş №3(125)-2068/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2068/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2068/2023 22.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair X1 vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon üzrə aparıcı məsləhətçisi X4 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirmişdir ki, o, X9 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarından tam olaraq narazıdır. Belə ki, sözügedən qərar tam əsassızdır. Qərarı bir neçə gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə əldə etmişdir. O, X13 Təhsil İdarəsi Samux rayon üzrə aparıcı məsləhətçi vəzifəsində işləyir, Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbin direktoru Arzu Kərimov tərəfindən rəhbərlik etdiyi tam orta məktəbin pedoqoii işçilərin 2023-cü ilin aprel ayı üçün iş tabeli icra olunması üçün ona göndərilmişdir. Tabeldə həmin məktəbin X10 adlı müəlliminə artıq dərs saatı yazıldığı və qanun buna yol vermədiyi üçün dəfələrlə məktəbin direktoru Arzu Kərimova tabelə düzəliş edib yenidən təqdim etməyini təklif etmiş, lakin sonuncu buna heç bir məhəl qoymayaraq tərtib etdiyi tabelə uyğun həmin müəllimə əmək haqının köçürülməsini tələb etmişdir. O, isə bunun qanun pozuntusu olduğunu görüb dövlətin büdcəsindən artıq pulun tutulub köçürülməsini təmin edə bilməzdi, çünki bu bir cinayətdir. Çobanabdallı kənd tam orta məktəbin direktoru 2023-cü ilin fevral, iyun aylarırıda işçilərin davamiyyət tabelinə əvəzçilik qeyd etməmişdir. 2023-cü ilin aprel ayının tabelində 4 günə bir ştat rəhbərlik, yəni 12 saat, 6 saat hərbi dərs, 14 saat fiziki tərbiyyə saatı, 28 saat fiziki tərbiyyə əvəzçiliyi, ümumilikdə 60 saat 4 günə neçə dərs deyə bilər?, müəllim həftədə 36 saatdan artıq dərs apara bilməz. Əmək Məcəlləsində günə 6 saat nəzərdə tutulmuşdur. Lakin bu qanunsuz əməli törədən Samux rayon H.Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbin direktoru Arzu Kərimov məsuliyyətə cəlb olunmalı olduğu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Gəncə - Daşkəsən regional şöbəsi tərəfindən qərar qəbul edilərək o, AR İXMin 192.4-cü maddəsi ilə 800 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın surəti poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bundan əlavə onun təqsirsizliyini sübut etməyə ehtiyacı yoxdur, bunu protokolu tərtib edən şəxslər etməlidir, onun təqsiri isə sübut olunmamışdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalara əsasən (bənd 3, abzas 6) ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda, peşə məktəbi və peşə liseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata qədər tədris etdikləri dərs saatlarının əmək haqqı, onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə əmək haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əməkhaqqı saathesabı ödənilməklə həftədə 6 saata qədər əlavə dərs verilə bilər. GDRTİ-nin tabeliyində yerləşən Samux rayon Çobanabdallı kənd tam orta məktəbin rəhbərliyi məktəbin hərbi rəhbəri X7 tarifləşmə üzre 1 ştat vahidi hərbi rəhbərlik vəzifəsi, həmçinin hərbi fənnindən 6 saat əsas dərs yükü, tarifləşmə siyahısına salınmaqla fiziki tərbiyə fənnindən həftədə 14 saata qədər əsas dərs yükü bundan başqa qanuna zidd olaraq saat hesabı (əvəzçilik qaydası ilə) noyabr 2022-ci il tarixdə 3-günə 17 saat, yanvar 2023-cü il tarixdə 8 günə 13 saat, aprel 2029-cü il tarixdə 5 günə 28 saat, iyun 2023-cü il tarixdə isə 8 günə 22 saat dərs yükü verilmişdir. Verilən dərs saatları yuxarıda qeyd olunan normalara zidd olduğu üçün Samux rayon Çobanabdallı kənd tam orta məktəbin hərbi rəhbəri X7 1 ştat vahidi hərbi rəhbərlik vəzifəsinin, həmçinin fiziki tərbiyə fənni üzrə 14 saat əsas dərs yükünə düşən (12 saat əsas, həftədə 6 saat əvəzçilik) qaydasında əməkhaqqları hesablanaraq ödənilib, lakin saat hesabı (əvəzçilik qaydası ilə verilən) noyabr 2022-ci il tarixdə 3-günə 17 saat dərs, yanvar 2023-cü il tarixdə 8 günə 13 saat, aprel 2023-cü il tarixdə 5 günə 28 saat, iyun 2023-cü il tarixdə isə 8 günə 22 saat dərs qanuna zidd olduğ üçün əməkhaqqı hesablanmamışdır. Məktəb rəhbərliyinə noyabr 2022-ci il tarixində dəfələrlə bu dərs yüklərinin qaydalara zidd olaraq verildiyi bildirilsə də, bu hal fevral, aprel, iyun 2023-cü il tarixlərdə də davam etmişdir. Sonda o, qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5 bildirmişdir ki, X4 tərəfindən aylıq tabeldə göstərilmiş saatlara uyğun Elnur Vəliyevə əmək haqqı ödənilmədiyi üçün inzibati protokol tərtib edilərək qərar qəbul olunmuşdur. Məktəbin direktoru Arzu Kərimov qanunvericiliyin tələblərini pozması ilə bağlı məsuliyyətə cəlb edilməmişdir. Hər bir halda müəllim Elnur Vəliyevə dərs saatlarına uyğun əmək haqqı ödənilməli idi. Sonda şikayətin təmin edilməməsini və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: tabel və cədvəllərdən müəyyən olunur ki, Samux rayon Çobanabdallı kənd tam orta məktəbin rəhbərliyi məktəbin hərbi rəhbəri X7 tarifləşmə üzre 1 ştat vahidi hərbi rəhbərlik vəzifəsi, həmçinin hərbi fənnindən 6 saat əsas dərs yükü, tarifləşmə siyahısına salınmaqla fiziki tərbiyə fənnindən həftədə 14 saata qədər əsas dərs yükü bundan başqa qanuna zidd olaraq saat hesabı (əvəzçilik qaydası ilə) noyabr 2022-ci il tarixdə 3-günə 17 saat, yanvar 2023-cü il tarixdə 8 günə 13 saat, aprel 2029-cü il tarixdə 5 günə 28 saat, iyun 2023-cü il tarixdə isə 8 günə 22 saat dərs yükü verilmişdir. X8 noyabr 2022-ci il üçün 783,87 manat, yanvar 2023-cü il üçün 783,87 manat, aprel 2023-cü il üçün 859,23 manat əmək haqqı verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.3-cü maddələrinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İş faktiki hallarından göründüyü kimi X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, eyni zamanda protokola baxılaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən protokola baxılma yeri və müddəti barədə o, lazımi qaydada məlumatlandırılmamış, bununla da protokola baxarkən yalnız E.Vəliyevin şikayət ərizəsinə əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan, yəni şikayətçi İ.Muradova tərəfindən lazımı sübutlar təqdim edilmədən, sonuncunun aylar üzrə ödədiyi əmək haqqlarının məbləği dəqiq müəyyənləşdirilmədən, məktəbin direktoru A.Kərimov dindirilmədən, E.Vəliyevə verilən dərs yükünün direktor tərəfindən düzgün verilib-verilməməsi aydınlaşdırılmadan işə baxan vəzifəli şəxs, DƏMXın Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” xx.xx.2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların 3-cü bəndinin 6-cı abzasında göstərilmişdir ki, ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda, peşə məktəbi və peşə liseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün vəzifəli şəxsə göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X4 barəsində vəzifəli şəxs Ayaz Rəhimovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də məhkəmə, işə baxılaraq qərar qəbul edilərkən İlhamə Muradova dəvət edilib dindirilməklə onun dəlillərinin və arqumentlərinin nədən ibarət olmasının aydınlaşdırılmadığını nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2022ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün DƏMX-ın Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar