Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2068/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış İXP ******* nömrəli, 11 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X3 İXP ******* nömrəli, 11 mart 2025-ci nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə olan halda məhkəmə qeyd edir ki, şikayətçi İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də şikayət verdiyi akt qərar deyil, protokoldur və inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliciyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermək haqqında 5/1-6000 nömrəli qərarın məzumunundan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və həmin protokol üzrə TP7134945 nömrəli inzibati tənbeh vermək haqqında qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixli TP7134945 nömrəli inzibati tənbeh vermək haqqında qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilmişdir. Daha sonra Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinin rəisi Eldəniz Həsənov tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 07 iyun 2025-ci il tarixli 5/1- 6000 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli TP7134945 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Ləğv olunmuş həmin qərarın baxılıb mübahisələndirilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyil. Lakin, şikayətçi yenidən inzibati məsuliyyətə cəlb edilməsi barədə 07 iyun 2025-ci il tarixli, 5/1-6000 nömrəli qərarı mübahisələndirə bilər. Beləliklə, sözügedən ləğv olunmuş qərardan şikayətə baxılıb təmin edilməsi mümkün olmadığından qanunvericiliyin tələblərini nəzərə alınaraq şikayət geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: X1 İXP ******* nömrəli, 11 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. X2 izah edilsinki, inzibati məsuliyyətə cəlb edilməsi barədə 07 iyun 2025-ci il tarixli, 5/1-6000 nömrəli qərardan qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2068/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2068/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver