Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2069/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X6, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2020-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi Şəxs X4 xeyrinə hər ay 40 manat sabit pul məbləğində aliment tutulmalıdır. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs bir ədəd boyunbağı reket formalı 583 əyarlı çəkisi 18 qram dəyəri 1134 manat, bir ədəd bilərzik reket formalı 583 əyarlı çəkisi 13 qram dəyəri 840 manat, bir ədəd klon Allah yazısı olan 583 əyarlı çəkisi 4 qram dəyəri 240 manat, bir ədəd dəst sallama formalı (üzük, sırğa) brliyant qaşlı 750 əyarlı 1.3 karat çəkisi 16 qram dəyəri 1300 manat, bir ədəd nişan üzüyü brliyant qaşlı 583 əyarlı 0.35 karat çəkisi 5.6 qram dəyəri 450 manat, bir ədəd brliyant qara 16 qaşlı üzük 583 əyarlı 0.48 karat çəkisi 6.5 qram dəyəri 480 manat, bir ədəd İtaliya istehsalı qaşlı sadə üzük 585 əyarlı çəkisi 4 qram dəyəri 320 manat, bir ədəd sep klonla nazik 583 əyarlı çəkisi 6.5 qram dəyəri 403 manat olan qızıl-zinət əşayaları, onlar olmadığı təqdirdə isə onların dəyəri olan 5167 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri müvafiq olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə Şəxs Zərərçəkmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 1285/2021 saylı, xx.xx.2021-ci il tarixli əmlak tələbinə dair icra sənədi üzrə 5167 manat və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli aliment tələbinə dair icra sənədi üzrə 8990 manat aliment borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam ödəməyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icra tədbirləri görülmüş və bununla da borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında borcu ödəmək üçün maddi imkanının olmadığını və banka kredit götürmək üçün müraciətinə imtina edildiyini bildirmişdir. Sonda o, borcu ödəmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 çıxışında Şəxs 9 ildir ki, müxtəlif bəhanələr gətirərək borcun ödənilməsini ləngitdiyini, hər ay 500 manat borcundan ödəcəyinə bildirməsinə baxmayaraq borcu ödəmədiyini qeyd etmişdir. Sonda o, Şəxs vaxt verilməsinə razı olmadığını bildirərək inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 130 manat cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. - xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs bir ədəd boyunbağı reket formalı 583 əyarlı çəkisi 18 qram dəyəri 1134 manat, bir ədəd bilərzik reket formalı 583 əyarlı çəkisi 13 qram dəyəri 840 manat, bir ədəd klon Allah yazısı olan 583 əyarlı çəkisi 4 qram dəyəri 240 manat, bir ədəd dəst sallama formalı (üzük, sırğa) brliyant qaşlı 750 əyarlı 1.3 karat çəkisi 16 qram dəyəri 1300 manat, bir ədəd nişan üzüyü brliyant qaşlı 583 əyarlı 0.35 karat çəkisi 5.6 qram dəyəri 450 manat, bir ədəd brliyant qara 16 qaşlı üzük 583 əyarlı 0.48 karat çəkisi 6.5 qram dəyəri 480 manat, bir ədəd İtaliya istehsalı qaşlı sadə üzük 585 əyarlı çəkisi 4 qram dəyəri 320 manat, bir ədəd sep klonla nazik 583 əyarlı çəkisi 6.5 qram dəyəri 403 manat olan qızıl-zinət əşayaları, onlar olmadığı təqdirdə isə onların dəyəri olan 5167 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 1143/2021 saylı xx.xx.2021-ci il tarixli və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli sənədi bir icraatda birləşdirilmişdir. - xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsində borclu Şəxs ilə aliment borcunun ödənilməsində qarşılıqlı razılığa gəldiklərini və icra sənədinin icrası ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. - xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsində borclu Şəxs ilə aliment borcunun ödənilməsində qarşılıqlı razılığa gəldiklərini bildirərək Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1285/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində borclu Şəxs ilə aliment borcunun ödəmədiyini bildirərək barəsində məcburi tədbirlərin davam etdirilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli izahatında borclu Şəxs borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1143/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2069/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2069/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver