Məhkəmə qərarları › İş №3(125)-2072/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2072/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2072/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Şəxs Ayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Ayət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə nəzərdə tutulan inziabti xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs Ayət oğlu məhkəməyə teleqram vuraraq barəsində tərtib edilmiş protokolu baxılması üçün yaşayış yeri üzrə Biləsuvar rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Elektron çıxarışdan görünür ki, Şəxs Ayət oğlu oğlu Biləsuvar rayonu, Nizami küçəsi 38-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Şəxs Ayət oğlunun vəsatəti təmin edilməli və hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Ayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs Ayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar