Məhkəmə qərarları › İş №3(125)-2086/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2086/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2086/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Fİrəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri Ş.İ.Xətai pr-də ünvanında yerləşdirilmiş və “Reklam haqqında” Azərbaycan Respublikasının qanununun 26.8-ci maddəsinə əsasən icazə alınması tələb olunmayan reklamın 5 gün müddətində adı çəkilən Qanunun və Dövlət dili haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğunlaşdırılması “Auto Shop” adlı reklam lövhəsinin Azərbaycan dilinin tələblərinə müvafiq qaydada yayımlanması obyektin sahibkarı Şəxs tələb olunsa da 24 aprel 2024-cü ildə verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Bu əmələ görə X8 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ona reklamın düzəldilməsi ilə bağlı məktub gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə reklamı yığışdırmışdır. Ona xx.xx.2024-cü il tarixdə protokol tərtib olunması üçün çağırılmışdır. Həmin tarixdən də əvvək reklamı yığışdırmışdır. Ona görə də barəsində başlanmış inzibati xətaq haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona gprə dəteriallarında olan: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 398 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Gəncə şəhəri, Dədə Qorqud küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, vitrində 5,45 m2 ölçüdə reklam yayımladığı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 11-3-3/2-628/2024 nömrəli yazılı göstərişdən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai pr-də ünvanında yerləşdirilmiş və “Reklam haqqında” Azərbaycan Respublikasının qanununun 26.8-ci maddəsinə əsasən icazə alınması tələb olunmayan reklamın 5 gün müddətində adı çəkilən Qanunun və Dövlət dili haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğunlaşdırılması “Auto Shop” adlı reklam lövhəsinin Azərbaycan dilinin tələblərinə müvafiq qaydada yayımlanması və bu barədə məlumat verilməsi, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Poçt qəbzindən görünür ki, həmin göstəriş xx.xx.2024-cü il tarixdə inzibati icraat aparılan şəxs Şəxs çatdırılmışdır. 11-3-3/2-825/2024 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə məktubdan görünür ki, Şəxs inzibati xəta haqqında protokol tərtib olunmasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Poçt qəbzindən görünür ki, həmin göstəriş xx.xx.2024-cü il tarixdə inzibati icraat aparılan şəxs Şəxs təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli, 1006 ömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Gəncə şəhəri Ş.İ.Xətai pr-də fasadda 3 m2 ölçüdə reklam yayımlayır. xx.xx.2024-cü il tarixli, 1284 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixli 11-3-3/2-628 nömrəli icrası məcburi olan yazılı göstərişin tələblərini yerinə yetirməyərək Gəncə şəhəri Ş.İ.Xətai pr-də “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 3 m2 ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 1589 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixli 11-3-3/2-825/2024 nömrəli məktubla xx.xx.2024cü il tarixdə saat 10:00-da barəsində AR İXM-nin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtibində iştirak etmək üçün X8 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsi işində iştirak etməmişdir. Bununla da Gəncə şəhəri Ş.İ.Xətai pr-də “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 3 m2 ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, VOEN ********** nömrə Şəxs məxsusdur. Məhkəmə, inzibati icraat aparılan şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin qaydanın 1.6-cı bəndinə əsasən açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reklam haqqında qanunun 4.7-ci maddəsinə əsasən Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. Həmin qaydanın 3.2-ci bəndinə əsasən Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət X3 şəhəri Ş.İ.Xətai pr-də ünvanında yerləşdirilmiş “Auto Shop” adlı reklam lövhəsinin Azərbaycan dilinin tələblərinə müvafiq qaydada yayımlanmadığı üçün müvafiq yazılı göstəriş vermiş, iznibati icraat aparılan şəxs isə məktub ona çatdığı vaxtdan 05 gün müddət ərzində yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvafiq icazəsi tələb olunmayan reklamın yayımını dayandırmalı olduğu halda həmin reklamın yayımını davam etdirmişdir. İnzibati icraat aparılan şəxs də öz izahatında reklamı xx.xx.2024-cü il tarixdə dayandırdığını etiraf etmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X8 İdarəsi bu səlahiyyətə istinad edərək X4 icazə müqaviləsinin bağlanılması barədə yazılı göstəriş vermiş, sonuncu isə müqavilə bağlamadan icazəsiz reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar