Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-209/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X6 bildirdi ki, Şəxs və X4 barəsində olan Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0.045 ha torpaq sahəsinin-borclu X4 tərəfindən zəbt edilmiş 346.60 kv.m hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162.83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36.64 kv.m hissəsi; habelə borclu Şəxs tərəfindən zəbt edilmiş 48.57 kv.m hissəsinin hasarı-borcluların hesabına sökülməsi və torpaq sahəsi zəbtdən azad edilməsi qət edilmiş, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və icra sənədini icra etməsi tələb edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunla müəyyən edilmiş müddətdə icra sənədinin icarsını təmin etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclsında zərərçəkmiş şəxs X2 ifadəsində bildirmişdir ki, o, 2012-ci il tarixdə Gəncə şəhəri Sevinc qəsəbəsində 0,045 ha torpaq sahəsi almış və Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0,045 ha torpaq sahəsinin şəxsi mülkiyyəti olması barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla, eyni tarixli **********71 nömrəli torpaq sahəsinin planı və ölçüsünə aid sənədləri də almış, həmin vaxt evi tikdirmək üçün vəsaiti olmadığı üçün Rusiya Federasiyasına işləmək üçün getmiş, qayıdanda isə ona məlum olmuşdur ki, onun torpaq sahəsinin 0,0058 hektarını X4 və Şəxs adlı şəxslər zəbt etmiş, tikinti işləri aparmışdır. O, məhkəmədə cavabdehlərin onun torpaq sahəsindən çıxmaları və tikdirdikləri qanunsuz tikintinin sökülməsi barədə iddia qaldırmış, məkəmə qətnaməsinə əsasən onun iddiası təmin olunmuş, lakin hazırki vaxta qədər icra olunmamışdır. Sonda o, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, qazi ailəsidir, iki oğlu Vətən uğrunda gedən müharibdə yaralanmış, özü və qazi olan uşaqları üçün şərait yaratmağa maddi imkanı yoxdur və bu səbəbdən də qeyd edilən tikilini sökməmişdir. Lakin hazırda o, 1-2 ay ərzində onun ərazisinə düşən hissədə hasarı sökəcəkdir. Sonda o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021nömrəli, 20.04.21-ci il tarixli icra sənədinə əsasən tələbkar N.C.İsrafilovanın mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-dəyerləşən 0.045 ha torpaq sahəsinin borclu Məhərrəm Əli oğlu tərəfindən zəbt edilməsindən azad edilməsi barədə qərarın icrasından yayınmışdır. - xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X1 mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-dəyerləşən 0.045 ha torpaq sahəsinin cavabdeh X4 tərəfindən zəbt edilmiş 345.40 kv.m hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162,83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36,64 kv.m hissəsi, habelə cavabdeh Şəxs tərəfindən zəbt edilmiş 48,57 kv.m hissəsinin hasarı cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsi zəbtdən azad edilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X6 həmin Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - 1.11.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixlki inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixlki inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-67/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə sonuncu dəfə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixli telefonaqramdan görünür ki, borcluya məxsus 050 880 18 14 nömrəli telefon nömrəsiylə əlaqə saxlanmış, ona icra sənədinin mahiyyətini, hüquq və vəzifələrini izah etmiş, idarəyə gəlməsi barədə məlumatlanmış, görüləcək məcburi icra tədbirləri barədə onu xəbərdar etmiş, borclu X4 hazırda Gəncə şəhərində olmadığını xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində olacağını bildirmişdir. - Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, məhkəmənin qətnaməsini icra etmək üçün vaxt verilməsini xahiş etmişdir. - Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, o, qazi ailəsi olduğunu, iki oğlunun Vətən uğrunda gedən müharibdə yaralandığını, özü və qazi olan uşaqları üçün şərait yaratmağa maddi imkanın olmadığını bildirmiş və bu səbəbdən də qeyd edilən tikilini sökməkdən imtina etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki hallarından görünür ki, Şəxs bu günə qədər üzrsüz səbəbdən icra sənədindəki tələbi müəyyən olunmuş müddətdə icra etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi oğlanlarının Vətən müharibəsi iştirakçısı olmalarını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-209/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-209/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver