Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-21/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 455/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 20 iyun 2022- ci il tarixdən başlayaraq, 27 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 160 (bir yüz altmış) manat və 27 yanvar 2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 40 (qırx) manat sabit pul məbləğində aliment borcu Şəxs tutulub tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmiş, borclunun inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmiş, borcun ödənilməsi tələb edilmiş, hal-hazırda onun 1571 manat aliment borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Vüqar Gözəlov protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanı olmadığı üçün borcu bir dəfəyə ödəyə bilmədiyini hər ay hissə-hissə ödənişlər edəcəyini bildirmiş və icra sənədi üzrə olan icradan yayınmadığını nəzərə alıb barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, borclunun borcu tam şəkildə ödəməsini tələb edir əks təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 18 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-455/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-455/22 nömrəli, xx.xx.2022-ci nömrəli icra vərəqəsindən görünür ki, 20 iyun 2022-ci il tarixdən başlayaraq, 27 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 160 manat və 27 yanvar 2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 40 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(125)-455/22 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, icra sənədi üzrə onun borcu birdəfəyə ödəmək imkanı yoxdur, 19 iyul 2023-cü il tarixdə 200 manat ödəniş etmiş, qalan borcu isə hər ay hissə-hissə ödəniş edə bilər. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-455/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın icra edilməsi barədə xəbərdar edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-908/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-455/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunanadək Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmşdır. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-989/2023 nömrəlıi xx.xx.2023-cü il tarixli qərardadınmdan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, icra sənədi üzrə onun borcu birdəfəyə ödəmək imkanı yoxdur, hər ay hissə-hissə ödəniş edə bilər. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sağlamlıq vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-21/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-21/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver