Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-210/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 26 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 25 yanvar 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvanında anası X2 döymüş, sonra ictimai yerdə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvanında anası X2 döymüş, bununla bağlı həmin ünvana getmiş polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Bununla da o, İXM-in 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Lilpər Məmmədova onun doğma anasıdır. ünvan 2 ünvanında birgə yaşayırlar. Əvvəllərdə müxtəlif səbəblərdən anası Lilpər ilə aralarında münaqişələr olmuş, anası bununla bağlı ondan polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdə yatan zaman anası Lilpərin ev telefonunda onun haqqında kimləsə söhbət etdiyini eşitmiş, o yerindən durub anası Lilpərin yanına gəlmiş, niyə onun barəsində başqalarına danışdığını soruşmuş, anası isə bacısı ilə danışdığını demişdir. Anası Lilpərin onun barəsində bacısına şikayətlənməsi onu əsəbləşdirdiyi üçün anası ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbi halda anası Lilpərin boğazından tutaraq üz nahiyəsindən əl zərbəsi ilə vurmuş, anası Lilpər isə evdən qaçaraq küçəyə çıxmışdır. O, qapını arxadan bağlayaraq evdə uzanmış, sonradan qapı döyülən zaman polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiyini görmüş, onu 4-cü Polis Bölməsinə dəvət edən zaman getməyərək polisin qanuni tələbinə tabe olmamış və anasının ona olan davranışından əsəbləşərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu zorla polis avtomaşınında əyləşdirib izahatını almaq üçün polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında anasını “yaxşı edib vurduğunu və polis əməkdaşlarının qanuni tələblərinə nə üçün tabe olmalıdır”-deyərək bütün baş verənlərlə bağlı törətdiyi əməllərə haqq qazandırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs onun doğma oğludur, onunla birgə yaşayır. Oğlu xeyli vaxtdır ki, narkotik vasitə istifadə edir. O, oğlunun əlində və ya üzərində narkotik vasitə görməsə də, hərəkətlərindən onun narkotik vasitə istifadə etdiyindən əmindir. Belə ki, Nail əvvəllərdə onunla münaqişə yaratdığı, onu hədələdiyi üçün onun barəsində 4-cü PB-nə şikayət etmiş, orada aparılan araşdırma zamanı Nailin qanından narkotik vasitə aşkar edilmiş, məhkəməyə göndərilərək inzibati qaydada həbs edilmişdir. Həmin vaxtdan sonra o bir daha Nailin narkotik vasitə istifadəçisi olmasından əmin olmuş, daha sonra isə o Naili bir qədər müalicə etdirmiş, lakin Nail yenidən əvvəllki yoluna davam etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində öz otağında yatan zaman qəflətən gözünü açmış, Nailin əlində bıçaq başının üzərində dayandığını görmüş. Naildən nə üçün əlində bıçaq başının üzərində dayandığını soruşan zaman Nail heç bir cavab verməmiş, o da Nailin narkotik vasitə təsiri altında özündə olmadığını başa düşüb qonşuluqda yaşayan bacısı evinə getmiş, gecəni orada qalmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt Nail evdə yatmışdır. Ev telefonuna zəng edən qızı Nuridə ondan hansı səbəblə gecə bacısı evində qaldığını soruşmuş, o da olanları Nuridəyə danışan zaman Nail yanına gəlmiş, sən niyə olanları bacıma deyirsən demiş, o isə bacın soruşduğu üçün ona məlumat verdim deyən zaman Nail onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Nail boğaz nahiyəsindən tutaraq yumruq zərbələri ilə üz nahiyəsindən vurmuş, səsini eşidən qızı Nuridə DİN-nin 102 xidmətinə zəng edərək Nailin onu döyməsi barədə məlumat vermişdir. Nail onu döyən zaman o güclə onun əlindən çıxaraq küçəyə qaçmış, qonşuları çağırmışdır. Nail isə o evdən çıxdıqdan sonra qapını arxadan bağlamışdır. Bir qədər sonra isə yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onlar Naildən qapını açmasını istəsələr də Nail qapını açmamış, daha sonra polis əməkdaşları qapını açaraq evə daxil olmuş, polis əməkdaşları Nailə hansı səbəblə onu döydüyünü sual verib polis bölməsinə dəvət edən zaman Nail polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərdiyi üçün polis əməkdaşları onu zorla polis maşınına əyləşdirmişlər. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə 26 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini İXM-nin 510-cu maddəsinə münasibətdə İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 25 yanvar 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 25 yanvar 2023-cü il tarixdə saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-210/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-210/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver