Məhkəmə qərarları › İş №3(125)-2106/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2106/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2106/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 03 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2025-cü il tarixdə Şəxs 1-ci PŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarına tabesizlik göstərmiş, müayinə zamanı onun narkotik vasitə Opi (opiatlar) qəbul etməsi müəyyən edilmişdir. Bununla da Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin sahə rəisi X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs və Şəxs ikisi birlikdə 02 iyul 2025-ci il tarixdə ödəniş edərək narkotik vasitə əldə etmişlər. Polis əməkdaşları onların narkotik vasitə almağa getdikləri evə baş çəkdikləri zaman Şəxs və Şəxs həmin evdə olmuşlar. Polis əməkdaşları onları şöbəyə aparmışlar. X10 ictimai qaydanı pozmuş, orada nalayiq ifadələr işlətmişlər. Onlar həmin günü narkotik vasitənin təsiri altında olmuşdurlar. X6 müayinədən keçmişlər. X1 psixotrop madə AMP (amfetamin), Şəxs sidiyində isə narkotik vasitə Opi (opiatlar) aşkar edilmişdir. Onlar müayinə zamanı əvvəllərdə bir neçə dəfə narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Onların şöbədə səs-küy salması və ictimai qaydanı pozması ilə bağlı heç bir şahid və videogörüntü yoxdur. Onlar saxlanıldıqları zaman narkotik vasitənin təsiri altında olduqları üçün nələr dediklərini və səs-küy salmaqlarını xatırlamırlar. Bununla da Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sonda Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, törətdiyi əməldən peşmandır. O, narkotik vasitəni birinci dəfədir istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün evinə getdiyi zaman yolda qonşusu X3 görmüş və onunla birlikdə Arzu adlı şəxsin evinə getmişlər. Onlar hərəsi 10 manat olmaqla cəmi 20 manat pul verərək narkotik vasitə almışlar. Onlar narkotik vasitəni alıb istifadə etdikdən təxmini 20 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, şöbədə səs-küy salmamış, heç bir nalayıq ifadə işlətməmişdir. Polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etməmişlər, onu döyməmişlər. Onun himayəsində bir azyaşlı övladı var. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-cü il tarixdə Şəxs 1-ci PŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarına tabesizlik göstərmiş, müayinə zamanı onun narkotik vasitə Opi (opiatlar) qəbul etməsi müəyyən edilmişdir. Bununla da Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 1041 nömrəli rəydən görünür ki, narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qediyyata alınması məsləhət görülür.. - İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 2441/2025 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində Opi (opiatlar) aşkar edilmişdir. -İş materiallarına əlavə edilmiş İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 02 iyul 2025-ci il tarixdə saat 18:55-də tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyi qeyd edilsə də, sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla təsdiq edilmir. Eyni zamanda məhkəmə iclası zamanı protokolu tərtib edən sahə rəisi X5 Şəxs ictimai qaydanı pozan hərəkətlər etməsi ilə bağlı şahid və hər hansı bir sübut, videogörüntü olub-olmadığı soruşulduğu zaman o, şahidlərin və videogörüntünün olmadığını bildirmişdir. Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Eyni zamanda məhkəmə iclası zamanı Şəxs cəzasını ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını, məsuliyyətini yüngülləşdirən halın olasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar