Məhkəmə qərarları › İş №3(125)-2107/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2107/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2107/2023 15.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Gəncə şəhəri Üzrə İcra İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Məhkəməsinə daxil olmuşdur. Protokolda Şəxs ona tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyi göstərilmişdir. İnzibati xəta haqqında protokola Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş protokol əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. İXM-in 127-ci madəsinə əsasən Bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. İXM-in 127-ci maddəsində ifadə olunmuş hüquq norması göstərişinin xarakterinə görə məcburedici, göstərişin ifadə olunma formasına görə isə imperativ normadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunmalıdır. İnzibati işin baxılmağa hazırlanması zamanı təqdim edilən materialların natamam olduğu müəyyən edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar və qərarın təqdim edilməsinə dair sübut, həmçinin qərarın icra edilməsi və əksi halda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 125 və 127-ci maddələrinə uyğun olaraq məlumatlandırılmasını təsdiq edən sübutlar protokola əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru xx.xx.2023-cü il tarixli Ərizə təqdim edərək materialın geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş 14 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana –Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli İş № 3(125)-2107/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 15 sentyabr 2022-ci il Gəncə şəhəri Mən, Kəpəz Rayon Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Gəncə şəhəri Üzrə İcra İdarəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibаti mаteriаlın baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:20-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Ona görə də inzibati xəta barədə protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 11:30-da qurtardım. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar