Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2110/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Dəmir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadənin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən 19 saylı xüsusi mülkiyyətində olan 0,0812 ha torpaq sahəsi var. Həmin ərazidə Memarlıq planlaşdırma layihəsinə uyğun fərdi ev tikdirmək istəmişdir. Tərtib olunmuş fərdi evin Memarlıq planlaşdırma layihəsinə əsasən evin hündürlüyü 12 metrdən azdır. Gələcəkdə narazılıq olmasın deyə sağ və sol divar qonşularının notarial qaydada təsdiqlənmiş razılıq ərizələri də var. xx.xx.2024-cü il tarixdə, Gəncə şəhər Memarlıq və Arxitektura İdarəsinə məlumatlandırma xarakterli ərizə ünvanlamış, əizəyə Memarlıq planlaşdırma layihəsini, xüsusi mülkiyyətində olan torpağın çıxarışı, sağ və sol divar qonşularının notarial qaydada təsdiqlənmiş razılıq ərizələrini də əlavə etmişdir. Məktubu göndərdiyi barədə rabitə-poçt xidmətindən qəbz də almışdır. 10 gündən də çox vaxt keçəndən sonra inzibati orqandan irad və ya təklif almadığından fərdi evi layihəyə uyğun tikdirməyə başlamış, 2025-ci ilin may ayının əvvəllərində bir neçə nəfər layihəyə uyğun tikilməkdə olan evə gələrək Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları olduqlarını bildirərək evin sənədlərini istəmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarış və Memarlıq planlaşdırma layihəsini təqdim etmiş, tikintiyə icazə sənədi tələb etmiş və 12 metrədək hündürlüyü olan fərdi yaşayış evləri üçün icazə tələb olunduğunu bildirmişlər. Bir müddətdən sonra, yəni xx.xx.2025-ci il tarixdə “Asan Pay”-da Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə 800 manat məbləğində cərimə olunduğunu öyrənmiş, çətinliklə də olsa inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli Qərarı xx.xx.2025ci il tarixdə rəsmi məktubla ala bilmişdir. Göründüyü kimi qanunvericilik fərdi evin tikintisi zamanı yalnız məlumatlandırma icraatı tələb edir, hansı ki o da tərəfindən onlara poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmiş, cərimə olunan tarixədək onlardan heç bir irad və təklif almamışlar. Yalnız 2025-ci ilin may ayının 25-də “Tikintisinə icazə tələb olunan tikinti obyekti” kimi qanunsuz cərimə tərtib etmişlər. Həmin inzibati xəta haqqında protokolla razılaşmır və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 çıxışında şikayət ərizəsinin məzmununa uyğun ifadə vermiş və ifadəsinin sonunda barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş Gəncə şəhər İcra Hakimiyyətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN1256128 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X2 şəhəri, Səfəvilər küçəsi ev 19 ünvanında özbaşına tikinti işləri aparmışdır. - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X5 qanunsuz tikinti işləri apardığından İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 800 (səkkiz) manat məbləğində cərimə edilmişdir. - Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti X1 ünvanlanmış 26 may 2025-ci il tarixli 187 nömrəli məktubundan görünür ki, onun Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN1256128 protokolla bağlı xx.xx.2025-ci il tarixdə müvafiq qərar verilmiş və 800 manat məbləğində cərimə edilmişdir. - X5 tərəfindən Gəncə şəhəri İcra Hakimiyyətinə ünvanlanmış 14 mart 2025-ci il tarixli ərizədən görünür ki, ünvan 5 ünvanında yeni fərdi yaşayış evi tikdirməsi üçün sənədlərə dair rəy bildirilməsi ilə bağlı müraciət etmişdir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır. - ünvan 6 ünvanında yeni fərdi yaşayış evinin layihəsindən görünür ki, həmin evin mərtəbələrinin sayı 1, evin ümumi hündürlüyü ( damı da daxil olmaqla) cəmi 7.7 metrdir. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında qərarda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 395.1-ci maddəsinin tövfisedici əlaməti müvafiq icazə alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (bundan sonra ŞTM) müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsindən ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki məcəlləsinin 139-1.1.10.2-ci bəndinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati xəta haqqında protokol və ona əsasən qəbul qəbul edilmiş qərarda isə sadəcə qanunsuz tikinti işlərinin aparılması qeyd edilmişdir. Qanunsuz tikinti işlərinin nədən ibarət olması, həminin tikintinin nə vaxt aparılması və ya nə vaxt aşkarlanması qeyd edilməmişdir. Baxmayaraq ki, həmin maddə üzrə məsuliyyətin yaranması üçün tikintisinə icazə tələb olunan tikinti obyektinin icazə olmadan inşa edilməsindən bəhz edilir. Qeyd edilməlidir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmayan obyektlər qanunvericlikdə konkret olaraq qeyd edilmişdir. Bu baxımdan X5 tərəfindən öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsində tikilməkdə olan mərtəbələrinin sayı 1, hündürlüyü 12 metrdən az olan fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatı şamil edildiyinindən şikayətçinin İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan qaydada inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən həmin məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Lakin, inzibati orqan həmin cəriməni şərti olaraq tətbiq etməyərək, İnzibati xətalar qanunvericiliyin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin məcəllənin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elvin Həsənzadə tərəfindən qəbul edilmiş 26 may 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2110/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2110/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver