Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2111/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızınən sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, hüquqi şəxs Şəxs MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları X3 və X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:50-də Gəncə şəhəri, Nizami rayonu Zərrəbi 135 ünvanında yerləşən "xxxx" MMC-nin lisenziyası olmadan özəl tibbi baytarlıq xidməti fəaliyyəti ilə məşğulı olması faktı aşkar edilmiş, nəticədə İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Şəxs MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə şikayətçi Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 çıxışında hüquqi şəxs Şəxs MMC-nin lisenziya almalı olduğu halda, lisenziya almadan fəaliyyət göstərdiyini və bunula bağlı barəsində protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası İqitisadiyyat Nazirliyi yanında DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2024-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Zərrabi 135 ünvanında fəaliyyət göstərən və Şəxs MMC-nin (VÖEN: **********) istifadəsində olan obyektdə xüsusi razılıq (lisenziya) olmadan, özəl tibbi baytarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Xüsusi razılıq (lisenziya) olmadığına görə “lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” 000127 saylı akt tərtib edilmişdir. Yol verilmiş qanun pozuntusuna görə İXN-nin 398-ci maddəsinə uyğun 04 iyun 2024-cü il tarixli ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. - 04 iyun 2024-cü il tarixli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarından görünür ki, illik plana əsasən Şəxs MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. - 04 iyun 2024-cü il tarixli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin” çıxarışından görünür ki, aparılmış yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. - 04 iyun 2024-cü il tarixli “operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamədən görünür ki, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növü ilə fəaliyyət göstərdiyi halda mübafiq sənədlərin təqdim edilməsi tələb edilmişdir. - 000127 saylı “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” aktdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2024-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Zərrabi 135 ünvanında fəaliyyət göstərən və Şəxs MMC-nin istifadəsində olan obyektdə lisenziya olmadan, özəl tibbi baytarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Şəxs MMC-nin rəhbəri X1 Azərbaycan Respublikası İqitisadiyyat Nazirliyi yanında DVX-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı izahatından görünür ki, Gəncə şəhər, Nizami rayon Zərrabi 135 ünvanında yerləşən Şəxs MMC onun istifadəsindədir və MMC-nin rəhbəri odur və MMC-nin fəaliyyət növü vergi orqanında qeyd olunduğu kimi heyvanların təlimi, onlara qulluq daxil olmaqla ev heyvanlarının saxlanılması üzrə fəaliyyətdir. Şəxs MMC-nin fəaliyyətə başladığı gündən bu günədək 180 manat qazanc əldə etdiyini və fəaliyyət növünün xüsusi lisenziya (razılıq) tələb olunan fəaliyyət növü olduğunu bildiyini bildirmişdir. Lisenziya almaq üçün müraciət etdiyini, lakin müfaviq sənədlərinin qaydasında olmadığını üçün lisenziya ala bilmədiyini və lazımi sənədləri toplayıb təkrar müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və ya əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və ya əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs MMC İXM-nin 398-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, 6 ay 21 günlük fəaliyyət dövründə ümumi olaraq 180 manat qazancı olması nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 360 (üç yüz altmış) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2111/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2111/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver