Məhkəmə qərarları › İş №3(125)-2111/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2111/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2111/2025 22.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X10 və vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsli - direktoru X18 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də X7 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həkim kosmetoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməlidir. Qeyd olunanlar X10, X4, X5, X16, Hacıyevə Hicran Elman qızının, X2, X6, X11 izahatları, "X3 Sisteminə baxış keçirilməsi haqqında", "Taxes.gov.az saytına baxış keçirilməsi haqqında” protokollarla sübuta yetirilir. Material üzrə araşdırma zamanı X18 izahatında bildirmişdir ki, 2012-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. X7 tanıyır. X12 "xxxx" MMC-də 2023cü ilin fevral ayından işləməsini hesab edir ki, düzgün demir və o, 2024-cü ilin aprel ayından Mərkəzdə həkim dermatoloq-kosmetoloq kimi işləmişdir. X28 15 və 17 noyabr 2024-cü il tarixlərdə "xxxx" MMC-nin otağında ola bilər ki, Tamara Məmmədovanı adları qeyd olunan digər şəxslərlə birlikdə qəbul edərək onun üzündə süni geldən yaranmış çirki hər hansı bir cərrahi üsulla çıxartsın və həmin xəstəni müalicə etsin, lakin o, Lalə Mirzəyevanın həmin xəstəni qəbul etməsini və xəstənin üzündə olan yaraya tibbi müdaxilə etməsinin şahidi olmamışdır. Mərkəzdə xəstələr X28 tərəfindən ambulator olaraq qəbul edildiyindən buna görə həmin xəstənin barəsində X28 tərəfindən ambulator karta açılmamışdır. Mərkəz tərəfindən fəaliyyət göstərməsi ilə bağlı həkim X12 ilə əmək müqaviləsi bağlanmamış, dermatoloq-kosmetoloq kimi işləməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Material üzrə araşdırma zamanı X12 izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayından 20 dekabr 2024-cü il tarixə kimi Gəncə şəhərində Nizami küçəsi 72-də yerləşən "xxxx" MMC-də həkim kosmetoloq işləmişdir. Əvvəllər saçını kəsməyinə görə tanıdığı X25 15 noyabr 2024-cü il tarixdə həkim kosmetoloq işlədiyi "xxxx" MMC-də işdə olarkən köməkçisi Hacıyeva Hicran Elman qızı və əvvəllər tibbi məsləhət üçün yanına gəldiyindən tanıdığı X13 ilə iş otağına gəlmişlər. Aqil Əsgərov ona Tamara Məmmədovanı göstərərək onun üzünə aptekdən aldığı şəkər şprisi ilə gel vurmasını, lakin həmin gelə görə Tamaranın sifətinin şişməsini və sifətində çirk əmələ gəlməsini demişdir. O, Tamaranı xəstə stolunda əyləşdirib onun üzünə baxdıqda sifətinin sağ yarısının şişməsini görüb onun sifətinin sağ yarısının yanaq hissəsində olan yaranı (şişi) tibbi ülgüclə müdaxilə etməklə kəsmiş və həmin yaranın içərisindən yaşıl rəngli çirk axmış və yaranın sağalması üçün yaranı müalicə etmişdir. Tamara 17 noyabr 2024-cü il tarixdə yenidən onun yanına gəlmiş, o yaranı 3 faizli perekislə yuymuşdur. Tamaranın bundan sonra onun sifəti sağalmışdır. O, "xxxx" MMC-də iş otağında Tamaraya göstərdiyi bu tibbi xidmətlə bağlı onun barəsində stasionar və ya ambulator tibbi karta açmamış və buna görə də hazırda xəstəlik tarixi təqdim edə bilmir. "xxxx" MMC ilə arasında icarə müqaviləsi bağlamamışdır, bu məqsədlə ərizə yazmamışdır. Material üzrə araşdırma zamanı X25 izahatında bildirmişdir ki, o, ********** nömrəli VÖEN əsasında Gəncə şəhəri, D.Qorqud küçəsi 33-də yerləşən icarəyə götürərək işlətdiyi «Stilist Aqil» adlı gözəllik salonunda gözəllik və digər kosmetoloji xidmətlər göstərir. O rəsmi adını bilmədiyi "Toma" adı ilə tanıdığı müştərinin üzünə iynə ilə gel vurmuşdur. Müştəri geldən narazı qaldığına görə və gel çirk verdiyindən o xəstəni Gəncə şəhərində "Naftalan" klinikasında Lalə həkimin yanına aparmışdır. Lalə həkim "Toma"-nın üzünü əməliyyat və müalicə etmişdir. Material üzrə araşdırma zamanı X13 izahatında bildirmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəlində «Stilist Aqil» adı ilə fəaliyyət göstərən gözəllik salonuna X16 yanına gedərək üzünə və hər iki gözə ətrafına gel vurmasını demişdir. O, həmin gel vurmanı Aqillə 150 manat pula danışmışdır. Aqil şprislə onun sifətinə və hər iki göz ətrafına şprislə gel vurmuşdur. O, həmin gelin suni və ya təbii gel olmasını bilməmiş, Aqil həmin geli vurandan 15 gün keçmiş, yəni 2024-cü ilin sonları olarmış sifət vurulan gelin nəticəsində şişmiş və çirk verməyə başlamışdır. O, buna görə Aqilin yanma gedib sifətinin vəziyyətini ona göstərmiş, Aqil də onu həmin vaxt Gəncə şəhərində fəaliyyət göstərən «Naftalan klinikasına aparıb orada həkim kosmetoloq işləyən Lalə həkimə üzünü əməliyyat etdirərək üzündə olan çirki və geli çıxartdırmış, Lalə həkim üzünü əməliyyat və müa cə edəndən sonra sifəti sağalmışdır. Onun sifətinin Lalə həkim tərəfindən əməliyyat və müalicə olunmasının pulunu Aqil özü vermişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış Hacıyevə Hicran Elman qızı, X8, X14 və X19 da X13 ilə oxşar məzmunlu izahat vemişlər. X4 və X10 iş yerinin və vəzifələrinin müəyyən edilməsi məqsədilə X3 Sisteminin "Əmək müqaviləsi məlumatları” bölməsinə baxış keçirilmiş, baxış zamanı X4 adına "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinin mövcud olmadığı, X10 isə "xxxx" MMCcə direktor vəzifəsində işləməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin dövlət qeydiyyat məlumatlarının əldə edilməsi məqsədilə “taxes.gov.az” saytına baxış keçirilmiş, hüquqi şəxsin adına ********** nömrəli aktiv statuslu VÖEN olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 1 nömrəli icarə müqaviləsindən görünür ki, müqavilə "xxxx" MMC ilə X4 adına tərtib edilmiş, lakin qeyd edilən icarə müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Eyni zamanda müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X18 tərəfindən təqdim edilmiş mərkəzin «erləşdiyi binada mövcud olan 14 kv.m otağın X9 icarəyə .erilməsi barədə əqd notarial qaydada təsdiq edilmədiyindən, X12 belə müqavilənin mövcudluğunu inkar etdiyindən qeyd edilən əqdin hüquqi qüvvəsi olmamış, X12 mərkəzin xeyrinə klinikaya müraciət edən müştərilərə kosmetoloji xidmətlər göstərərək əmək haqqı qazanmışdır. Bu münasibətlər əmək münasibətləri hesab edilməklə işəgötürənin əsas fəaliyyət sahəsinə aid tibbi xidmətlərin göstərilməsi ilə bağlı yaranmış, eyni zamanda davamlı, sistematik xarakter daşımışdır. Odur ki, "Gəncə Naftalan Sağlamlıq Mərkəzi” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X18 izahat verərək bildirdi ki, prokurorluq tərəfindən araşdırılma düzgün aparılmamışdır. Əslində isə X12 ilə mərkəz arasında icarə münasibətləri olmuş, həmin münasibəti icarə müqaviləsi ilə rəsmiləşdirilmişdir. Təqdim etdikləri qəbzlər və icarə müqaviləsi də dediklərini tanamilə təsdiq edir. Əksi sübut olunmadığından aparılmış araşdırma əsassızdır. L. Mirzəyeva onların mərkəzində işçi olmamış və ona əmək haqqı verilməmişdir. Gəncə Naftalan Sağlamlıq Mərkəzi» MMC-nin direktoru X10 vəkili Vəkil İnqilab oğlu T.Ə.Quliyev ilə eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X20 "xxxx" MMC tərəfindən X7 əmək müqaviləsi olmadan işlərə cəlb edilməsini nəzərə alaraq, hüququ şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: X12 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, həmin mərkəzdən otaq icarəyə götürməsi üçün ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixli, 01 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru X18 ilə X12 arasında Gəncə şəhəri, Nizami küçəsində yerləşən 14 kvm otaq üçün hər gün 40 manat ödəniş olunması şərti ilə icarə müqaviləsi bağlamışlar. Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, X12 "xxxx" MMC-yə icarə müqaviləsi əsasında orda fəaliyyət göstərdiyi günlər ərzində 40 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş X21 Xidmət X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X10 X7 əmək müqaviləsi olmadan işlərə cəlb etməsinə dair barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən: yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2 və 8.3-cü maddələrinə əsasən: inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir 12-ci maddəsinə əsasən: Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən: inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən: hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 114.2.1-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 105.1-ci maddəsinə əsasən: bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 192.1-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən: Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir 3-cü maddəsinin 5-ci hissəsinə əsasən: Əmək müqaviləsi– işəgötürənlə işçi arasında fərdi qaydada əmək məcəlləsi ilə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 6-cı maddəsinin d bəndinə əsasən: podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən: İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən: İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İnzibati xəta haqqında iş materiallarına məhkəmədə baxılarkən X4 "xxxx" MMCdə əmək müqaviləsi olmadan əmək münasibətlərinə cəlb edilməsi mötəbər sübutlara təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC ilə X12 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər prokurorluğu "xxxx" MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və "xxxx" MMC barəsində əsassız inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə sübutları qiymətləndirərərk qeyd edir ki, əgər tərəflər arasında yaranmış münasibət əmək münasibəti olsaydı, məntiqi olaraq işə götürən tərəfindən X9 müəyyən ödənişlər edilməli idi. Lakin, bunun əksi olaraq iş materialları ilə müəyyən edilir ki, X12 "xxxx" fəaliyyət göstərdiyi hər gün üçün 40 manat həmin MMCyə ödəniş etmişdir. Bu hal onu təsdiq edir ki, tərəflərin gerçək iradəsi doğrudanda icrarə müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Bundan başqa Prokurorluğun icrarə müqaviləsinin notarial qaydada bağlanmamasını əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsinə dair gəldiyi nəticəyə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Qanunvericilikdə icarə müqaviləsinin notarial qaydada bağlanmasını tələb edən hər hasıı bir norma mövcud deyildir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, "xxxx" MMC ilə X12 arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübutlar olmadığından, "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar