Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2121/2023 15.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis mayoru Rəhman Abdullayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1956-cı ildə Yevlax rayonun Ərəbbəsrə kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Yevlax rayonun Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 14 sentyabr 2023-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan psixotrop maddə olan matamfetamin əldə edib istifadə etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsindən x.m.i.ü baş əməliyyat müvəkkili, polis mayoru Rəhman Abdullayev tərəfindən 15 sentyabr 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs dair Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsindən x.m.i.ü baş əməliyyat müvəkkili, polis mayoru Rəhman Abdullayev izahat verərək bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə saat 16:05 radələrində DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən, xx.xx.1956-cı ildə Yexlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Yevlax rayonu Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yolun kənarında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmişdir. Onun üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun üzərindən marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonradan həmin kütlə ekspertizaya təqdim edilmiş, ekspert rəyinə əsasən həmin kütlənin həqiqətən də marixuana olması müəyyən edilmişdir. Narkotik vasitənin miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Material üzrə izahatı alınmış Şəxs izahatında bildirdi ki, narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitə aludəçisi deyil, ara bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 14 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində şəxsi işiylə əlaqədar Gəncə şəhərinə gəlmişdir. 14 sentyabr 2023-cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhərində yerləşən Univermağın qarşısında yolun əks istiqamətində olan oturacaqlarda oturub siqaret çəkərkən yerdə bir ədəd qızılı rəngli kağız büküm görmüş, həmin kağız büküm diqqətimi cəlb edib, yerdən əyliyib həmin kağız bükümü götürmüş, açıb içərisinə baxdıqda kağız bükümün içərisində açıq şəkildə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün bu barədə heç kimə heçnə demədən həmin bükümü götürüş əynində olan açıq boz rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün saat 16:05 radələrində 2 nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BNMİ BQRŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağda şübhəli olduğunu bildirdilər. Yaşını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 15 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin aidiyyatı əməkdaşına göndərilmişdir. 14 sentyabr 2023-cü il tarixli ”şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saat 16:05 dəqiqədə tutulmuşdur. Gəncə şəhəri Narkoloji Dispanserinin 15 sentyabr 2023-cü il tarixli 1541 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 14 sentyabr 2023-cü il tarixli ”şübhəli şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Şəxs DİN-nin BNMİ-nin QBRŞ-dən sərbəst buraxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 15 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş kütlə təmiz çəkisi 0.70 qram olan narkotik vasitə qurudulmuş maruxuanadır. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını və yaşını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2121/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2121/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver