Məhkəmə qərarları › İş №3(125)-2122/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2122/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2122/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X14 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, Gəncə şəhər prokurorunun köməkçisi, Ramiz Nəbiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Ukrayna Ticarət Evi X12”nin etibarnamə üzrə nümayəndəsi – X10 iştirakı ilə, Hüquqi şəxs – Şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 sentyabr 2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X3 əmək müqaviləsi olmadan əməyə cəlbi ilə bağlı Hüquqi şəxs Şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, X3 müraciəti ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs - Azərbaycan Şəxs X6 administratoru vəzifəsində çalışan X18 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 08 fevral 2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Tovuz rayonu Sosial İqtisadi Kollecin sosial iş ixtisası üzrə əyani şöbəsində 3-cü kurs tələbəsi, məhkum olunmamış, Gəncə şəhəri, Əli Xuluflu küçəsi, 1-ci döngə ev 105-də qeydiyyatda olmaqla yaşayan X4 Şəxs X6 “Ukrayna Malları” mağazasında satıcı-nəzarətçi kassir vəzifəsini yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi şəxs Azərbaycan Şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Nəbiyev izahat verərək bildirdi ki, iş materiallarında hüquqi şəxs – Şəxs X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs X6 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs X6 etibarnamə üzrə nümayəndəsi – X16 bildirdi ki, Şəxs Məhdud Məsuliyyətli X1 üçün işnən bağlı heç bir müraciət daxil olmamışdır. MMC-nin baş ofisi Bakı şəhərində yerləşir. Baş ofisin Gəncədə yerləşən mağazanın administratoru X13 Əmrahı işə götürməsindən xəbəri olmamışdır. Ona görə də bu əməl hüquqi şəxs Şəxs X12 tərəfindən törədilmiş hesab edilə bilməz. Əməldə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs X9 məxsus “Ukrayna Malları” mağazasında administrator vəzifəsində işləmiş X18 bildirdi ki, X4 21 iyun 2023-cü il tarixdə Gəncə şəhəri, Z. Əliyeva küçəsi 88 a-da yerləşən “Ukrayna Malları” mağazasında işə götürərək 300 manat maaş verəcəyini bildirmiş və sənədlərinin Bakı şəhərinə "xxxx" MMC-yə göndərsədə onunla əmək müqaviləsi bağlanmamışdır. Belə ki, dükanda işçi çatışmazlığı baş verdikdə adətən onun tərəfindən işçi tapılır, işçi barədə məlumatlar Whatsapp sosial şəbəkəsi vasitəsilə baş ofisə göndərilir. Razılıq alındıqdan sonra isə müvafiq sənədləşmə aparılır. O Əmrah barəsində baş ofisə məlumat göndərmiş, onun işə təyini barədə müvafiq razılıq almışdır. Şifahi razılıq alınsa da, Əmrah barəsində hər hansı sənədləşmə aparılmamışdır. Əmrahin işə götürülməsi barədə məlumatı özü baş ofisə vermişdir. Hətta baş ofisdən hüquqşünas X19 da sayım üçün mağazaya gələrkən Əmrahı şəxsən görmüşdür. Məhkəmə iclasında iştirak edən X8 bildirdi ki, o, X11 işə əmək müqaviləsi bağlamadan satıcı kassir işləmişdir. Onu həmin ticarət mərkəzinə mağazanın İsa Hüseynzadə götürmüşdür, ona növbəli iş rejimi ilə işdəməyinə görə aylıq 300 (üç yüz) manat əmək haqqı verəcəyini söz versə də, ödəməmişdir. Hazırda tələbədir. Yay tətilində işləmək üçün mağazaya müraciət etmiş, müraciət etdiyi vaxtdan işə başlamışdır. Ona xüsusi geyim forması verilmiş, gündəlik işə çıxmışdır. İşə başlamasında iki ay keçməsinə baxmayaraq, ona əmək haqqı ödənilməmişdir. Ona görə şikayət etmək qərarına gəlmişdir. Sonradan ona əmək haqqısı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X20 bildirdi ki, X4 Şəxs X7 işlədiyi vaxtdan tanıyır, həmdə qonşusu olmuşdur. Əmrah təxminən iki ay mağazada işləmişdir. Maaş verilmədikdə isə gileylənməyə başlamışdır. Sonrdan ona məlum olmuşdur ki, Əmrah Gəncə Şəhər Prokurorluğuna ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 14 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, hüquqi şəxs Şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. X2 Gəncə Şəhər Prokurorluğuna təqdim etdiyi 09 sentyabr 2023-cü il tarixli Ərizəsindən görünür ki, o, əmək müqaviləsi olmadan əməyə cəlb edilməsi və ona əmək haqqı verilməməsi ilə bağlı şikayət ünvanlamışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci hissə); əmək müqaviləsi bildirişi isə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir 5-1-ci hissə); - 7-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən Şəxs X12 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt Gəncə Şəhər Prokurorluğunun araşdırması zamanı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs X6 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs X6 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar