Məhkəmə qərarları › İş №3(125)-2129/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2129/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2129/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ tərəfindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Chevrolet Malibu” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 24855290 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da, Nəbizadə X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan EQ 24855290 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Chevrolet Malibu” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən İnternet İnformasiya portalından əldə edilmiş məlumatdan görünür ki, Şəxs EQ 24855290 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə məbləğini və ona hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Nəbizadə X1 məsuliyyətdən azad edilməklə onun barəsində İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş Nəbizadə X1 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar