Məhkəmə qərarları › İş №3(125)-2141/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2141/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2141/2023 28.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin baş müfəttişi X5 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 sentybar 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə saat 10:50-də Gəncə şəhəri Cumhuriyyət küçəsində yerləşən “Aqlay sexi” adlı məkanda yayımlanan açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində X6 tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, Gəncə şəhəri Cumhuriyyət küçəsində yerləşən «Aqlay sexi” adlı məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 sentybar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin baş müfəttişi X5 tərəfindən tərtib edilmiş X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, o, açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. 23 iyun 2023-cü il tarixli yazılı göstərişdən görünür ki, X2 ADRA X8 İdarəsi tərəfindən “Aqlay sexi” adlı məkanda (açıq məkanda) yayımladığı reklamlarla bağlı yayımın dərhal dayandırılması və reklam haqqında Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətinə Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsinə müraciət etməyi tələb olunmuşdur. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı vətəndaş Paşayev İbada verilmişdir. ADRA X8 İdarəsi tərəfindən X4 ünvanlanmış 30 avqust 2023-cü il tarixli məktubdan görünür ki, “Aqlay sexi” adlı məkanda 26 iyun 2023-cü il tarixli, 11-3-3/2-835/2023 nömrəli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu günədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə saat 10:00-a Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinə dəvət edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli məktub xx.xx.2023-cü il tarixdə alıcı vətəndaş Pşayev İbada verilmişdir. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 22 iyun 2023-cü il tarixli, 501 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gəncə şəhəri Cumhuriyyət küçəsi “Aqlay sexi” adlı məkana (X4 (VÖEN **********)) “Reklam haqqında Azərbaycan Respublikası qanuna və digər Qanunvericilik aktlarının tələbi pozulmaqla reklam yayımlanır. Qeyd: akt iki nüsxə tərtib edilməklə X4 təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 30 avqust 2023-cü il tarixli, 705 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gəncə şəhəri Cumhuriyyət küçəsi X4 məxsus “Aqlay sexi” adlı məkanda (VÖEN **********) xx.xx.2023-cü il tarixli 11-3-3(2-835) nömrəli icrası məcburi olan yazılı göstərişin (açıq məkənda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə tələblərinə icra etməyərək Gəncə şəhəri Cumhuriyyət küçəsidə “Aqlay sexi” adlı məkanda reklamın yayınlanmaqda davam etməsi ilə bağlı akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 12 sentyabr 2023-cü il tarixli, 803 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 30 avqust 2023-cü il tarixli 11-3-3/2-1130/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində İXM-in 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X8 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir və reklam yayımlanması davam edir. “Foto” şəkildən görünür ki, “Aqlay sexi” adlı məkanın üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla açıq məkanda reklam sahəsində qanunvericiliyin tələblərinin X6 tərəfindən pozulması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar