Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2148/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, X1 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X3 07 aprel 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq 07 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxılması nəzəri olaraq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin sənədlər şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Lakin iş materiallarından göründüyü kimi 07 aprel 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardın şikayət vermiş şəxs tərəfindən nə vaxt alınmasını təsdiq edən heç bir sənəd şikayət ərizəsinə əlavə edilməmişdir. Belə olan halda isə sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi gündən qanunvericilikdə nəzərdə tutulmuş 10 (on) gün müddətin keçib-keçməməsini müəyyən etmək mümkün deyil və bu səbəbdən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, hazırkı şikayətin mətni nəzərdən keçirilərkən müəyyən olunur ki, X3 məhkəmə müstəvisində mübahisələndirdiyi hazırkı qərarın mahiyyəti ilə barışsa da onun əsl məqsədi İXM-nin 146.1-1-ci maddəsinin tələbinə əsasən (inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir), yəni inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinin keçməsi əsasına görə inzibati tənbeh növündə tətbiq edilən qərarın icrasına xitam verilməsini istəyir. Lakin o, şikayətində belə bir niyyətdə olmasını kifayət qədər əsaslandırmamış, bununla bağlı qanunvericiliyin müvafiq normasına istinad etməmişdir. Məhkəmə X2 izah edir ki, o, İXM-nin 145.1.3-cü maddəsinə əsaslanmaqla 07 aprel 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla ona tətbiq edilən inzibati cərimənin icra müddətinin keçməsinə görə həmin qərarın icrasına xitam verilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmək hüququna malikdir, lakin sözügedən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi vaxtdan beş il müddət keçməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməli, şikayət onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 07 aprel 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2148/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2148/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver