Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2154/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs Ə.Abdullayevanı vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X4 protokolda göstərilənləri qeyd edərək Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs onun keçmiş qaynanasıdır. O, keçmiş arvadı ilə barışmaq və uşaqlarla görüşmək üçün Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş, 3-4 gün zərərçəkmiş Ə.Abdullayevanın evinə-keçmiş arvadının yanına gəlib-getmiş, münasibətləri yaxşı olmuşdur. Lakin, hadisə baş verən günü yəni xx.xx.2025-ci il tarixdə qayınanası evə gələrkən, yenə onu evdə görmüş, daha sonra onu evdən çıxarmaq istəmiş, təhqir etmiş o da cavab verməmiş, sadəcə qulaq asmışdır. Ə.Abdullayeva onun qoluna taxta parçası ilə zərbə endirmişdir. O, həmin vaxt Ə.Abdullayevanın vurmamış, ona qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, o, Şəxs ilə qızı ayrılmış, lakin Şəxs sonradan qızı ilə barışmaq istəmişdir. Onlar Bakı şəhərinə yaşayarkən keşmiş kürəkəni onları narahat etmiş, aralarında daim münaqişlərə olmuşdur. Hadisə baş verməmişdən bir neçə gün qabaq, Şəxs Gəncə şəhərinə gəlmiş və qızı ilə barışmaq istəmişdir. Hadisə baş verən günü, şəhərdən evə qayıdarkən Şəxs yenə həyətdə görmüş, ona qızının onunla barışmaq istəmədiyini və onun yaşadıqları evdən çıxmasını istəmişdir. Bundan sonra Şəxs əli ilə zərbə vuraraq qolundan itələmiş və o da yerə yıxılmışdır. Daha sonra o, yerdən qalxıb taxta parçası götürüb Şəxs zərbə endirmişdir. Zərərçəkmiş şəxs sədrlik edənin ekspertizadan nəyə görə keçməməsinin səbəbinə dair sualına cavab olaraq hadisə baş verən gün ağrı hiss etmədiyini, ertəsi gün qolunda ağrı hiss etdiyini, qolunda göyərti gördüyünü, Gəncə şəhərini tanmadığı üçün hara müraciət etməli olduğunu bilmədiyini bildirmişdir. Sonda o, barəsində inzibati icraat aparılan şəxsin həbs edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir, nikahları pozulmuş və uzun müddətdir ki, Şəxs onu narahat edir. Hadisə baş verən gün anası evdə olmamış, Şəxs onunla barışmaq və uşaqlarla görüşmək üçün evlərinə gəlmişdir. Anası evə gələn zaman o mətbəxdə olmuş, o və uşaqlar da səs-küyə həyətə çıxmışdır. O, həyətdə çıxdıqda anası ilə keçmiş ərinin mübahisə etdiyini və anasının yerdən qalxdığını görmüdür. Anası yerdən qalxdıqdan sonra taxta ilə Şəxs vurmuşdur. Ertəsi gün anasının qolunun göyərdiyini görmüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 4-cü PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2025-ci il tarixli “inzibati qaydada tutma” protokolundan görünür ki, həmin tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və şahid ifadəsi və iş materialındakı digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəməyədək icraat, eləcə də məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə nəticəsində onu döyərək itələməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək -onu itələməklə ona fiziki ağrı yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal tutmadan azad olunsun . Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2154/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2154/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver