Məhkəmə qərarları › İş №3(125)-2155/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2155/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2155/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21447351 nömrəli X6 haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21447351 nömrəli X6 haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, o özünə məxsus FORD TRANZİT Minik markalı 20DH814 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 12radələrində Gəncə şəhər Nizami prospekti ilə hərəkətdə olarkən 5 nömrəli Məktəbin qarşısında nizamlanmayan piyada keçidini saat 11:59:54 –də həmin nizamlanmayan piyada keçidinə vətəndaş daxil olduğu vaxt ona yol verməməklə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və buna görə də Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 40.0 manat məbləğində inzibati cərimə növündə X6 haqqnda xx.xx.2024-cü il tarixli, EQ-21447351 Elektron Qərar qəbul edilmişdir. O həmin qərarı qanunsuz və əsassız hesab etdiyi üçün Gəncə şəhər DYP Şöbəsinə öz etirazını bildirmişdir. Foto görüntüdən də görünür ki, həmin şəxs nizamlanmayan piyada keçidinə daxil olsada piyada keçidinin birinci xəttinin üstündə dayanmış və hərəkət etmədiyindən o avtomobili idarə etmiş və heç bir yol hərəkət qaydasını pozmamışdır. Ona görə ki, ikinci foto şəkildən də görünür ki, ondan qabaq və sonra da bir neçə avtomobillər hərəkət etmiş həmin şəxs isə piyada yol keçidində dayanmış vəziyyətdə durmuşdur. Eyni zamanda ondan sağ tərəfdə iki avtobus dayanacaq olmayan yerdə piyada yol keçidində dayanıb sərnişin düşürməyi aydın görünmüşdür. Video görüntüyə baxılarsa dediklərinin həqiqət olduğu məlum olacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən X6 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 21447351 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, FORD TRANSİT minik markalı 20DH814 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X4 piyada keçidinin üzərində dayanan piyadaya yol verməyərək qaydaları pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmə) törətmişdir. Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə -əlli manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, FORD TRANSİT minik markalı 20DH814 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 şəhər Nizami prospekti ilə hərəkətdə olan zaman piyada keçidində piyadaya yol verməyərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmə) törətmişdir. Şikayətçi şikayətində inzibati xətanı törətmədiyini bildirərək qərarın ləğv edilməsini xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ bəndində göstərilmişdir ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir İş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda FORD TRANSİT minik markalı 20DH814 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 şəhər Nizami prospekti ilə hərəkətdə olan zaman piyada keçidində piyadaya hərəkətə başladığı halda piaydaya yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ bəndinin tələblərini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21447351 nömrəli X6 dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21447351 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar