Məhkəmə qərarları › İş №3(125)-2155/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2155/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2155/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X5 tərəfindən barəsində qəbul edilmiş Gəncə şəhər BPİ-nin X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 20 iyun 2025-ci il tarixdə ona məxsus “Hundai Tucson” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonundan Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Gəncə şəhəri DYPŞ patrul xidməti inspektoru polis serjantı X3 onu qanunsuz və əsassız olaraq saxlamış, barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə barəsində TP ******* nömrəli qərar qəbul olunmuş və qərarda göstərilmişdir ki, guya avtomobil yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə və yol nişanlarının tələblərinə riayət edilməməsini səbəb gətirərək İXM 327.4-cü və 327.1-ci maddələrini pozulduğunu idda edərək 150 manat məbləğində cərimə olunmuşdur. O, heç bir qanun pozuntusu etməmiş, tam olaraq əsasız və qanunsuz saxlanaraq cərimə edilmişdir. Belə ki, yolun əsas hərəkət istiqaməti təmirə dayandığı üçün video görüntüdə də göründüyü kimi o, alternativ yola çıxış etmiş, inspektora bununla bağlı etirazını bildirdikdə qanunla məhkəməyə müraciət edə biləcəyini bildirib haqlı şəkildə olan etirazını nəzərə almamışdır. Video görüntüdən də görünür ki, yolunun əsas hərəkət zolağı təmirə dayanmış, əks hərəkət zolağına təmirlə bağlı çıxmış, Şəmkir avtovağzalına olan hərəkət istiqamətinə qədər və ondan sonrada yolun hərəkətinin əks istiqamətdən əsas istiqamətə keçməsiylə bağlı heç bir xətləmə, istiqamət yönləndirici və yaxud da yol nişanı yoxdur. Həmçinin göstərir ki, təmirlə bağlı yolun hər iki zolağında heç bir təhlükəsizliklə bağlı tədbir görülməmişdir. Bu səbəbdən də o, əks istiqamətdə hərəkətini davam etdirmiş və buna görə də onun əməlimdə heç bir inzibati xəta tərkibi yoxdur. Həmin ərazidəki kameralardan və Gəncə şəhəri DYPŞ patrul xidmətinin avtomobilindəki görüntülər araşdırılsa onun təqsiri olmadığı sübuta yetirilər. O, müharibə iştirakçısıdır, ehtiyatda olan xüsusi təyinatlı gizir və 3-cü qrup həmin müharibənin qazisidir. Ona görə də hesab edir ki, sözügedən qərar ləğv edilməli və inzibat i xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 20 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X5 20 iyun 2025-ci il tarixdə saat 19:10-da “Hundai Tucson” minik markalı, **-UX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 327.1 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. -X8 tərəfində təqdim edilmiş DVD diskdə olan video görünütülərdən görünür ki, 20 iyun 2025-ci il tarixdə “Hundai Tucson” minik markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Gülüstan massivi adlanan ərazidə Şəmkir rayonundan Gəncə şəhəri istiqamətində yolun sol hissəsi ilə (əks istiqamətlə) hərəkət edir. - X5 tərəfindən təqdim edilmiş edilmiş DVD diskdə olan video görünütülərdən görünür ki, 20 iyun 2025-ci il tarixdə qeyd edilən yolda təmir işləri aparılır, bununla bağlı avtomobillərə yolun sol hissəsi ilə (əks istiqamətlə) hərəkət etməsinə dair müvafiq işarələr qoyulmuş, lakin daha sonra yolun sağ hissəsinə qayıtmasına dair yolda hər hansı bir işarə quraşdırlmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun İX-cu bəndinə əsasən, avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur. Həmin Qanunun 17-ci bəndinə əsasən yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək yol hərəkəti sahəsində dövlət vəzifələridir. Həmin Qanunun 71-ci maddəsinə əsasən: Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar. İİ. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər. İİİ. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır. İV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır. V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır. Vİ. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir. Vİİ. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır. Vİİİ. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının tələblərinə əməl edilməməsi) və 327.4-cü maddələrində ( birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə ) nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında X2 əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, qeyd edilən ərazidə təmir işləri aparılmış, bununla bağlı yolun başlanğıc hissəsində sürücüləri yolun sol hissəsinə (yəni əks istiqamətli yola) istiqamətlənməsinə dair məcbur edən işarələr quraşdırılmış, lakin yolun digər hissələrində yenidən sürücülərin yolun sağ hissəsinə qayıtmalı olmasına dair hər hansı bir məlumatverici və ya məcburedici işarə quraşdırılmamışdır. Təqdim edilmiş görüntülərdən də görünür ki, yolun sol tərəfinə istiqamətlənmiş (yəni əks istiqamətli yola istiqamətlənmiş) sürücülər bir qədər irəllədikdən sonra öz daxili inamlarına əsasən bəziləri yolun sağ hissəsinə keçmiş, bəziləri isə heç bir məlumatverici və ya məcburedici işarə quraşdırılmadığından əvvəlcədən məcburi istiqamətləndirilmiş olduqları yolda hərəkətlərinə davam etmişlər. Baxmayaraq ki, yuxarıda qeyd edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 71-ci maddəsinə əsasən: Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə sürüclərin hansı istiqamətdə hərəkət etmələrinə dair müvafiq işarələr quraşdırılmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, X5 hər hansı bir yol nişanının tələblərini pozmamış və əks istimqatli yolda hərəkət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər BPİ-nin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Gəncə şəhər BPİ-nin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar