Məhkəmə qərarları › İş №3(125)-2162/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2162/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2162/2024 21.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və "xxxx" Məhdud Məsuliyyətli Ccəmiyyətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 21 iyun 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 212/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli müqavilə üzrə 216 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 791 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 294 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00964905 müqavilə üzrə 660 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00964986 saylı müqavilə üzrə 276 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə 672 manat ödənilməmiş hissə. 65 manat dəbbə pulu, 05.11,2019-cu il tarixli müqavilə üzrə 591 manat ödənilməmiş hiscə, 59 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, 990 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, xx.xx.2020-cu il tarixli müqavilə üzrə, 1330,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 6384,80 manat (altı min üç yüz səksən dörd manat səksən qəpik) pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,35 (doxsan beş manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 07 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 397 manat, cərimə qismində 20 manat, 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas corcun əvəzi qismində 717 manat, cərimə qismində 30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 81 qəpik, cəmi 1196 (bir min yüz doxsan altı) manat 81 (səksən bir) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Həmçinin borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan pul borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə tərəfimizdən müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq Şəxs borcunu tam ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs dəfələrlə borcunu ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqların verilməsinə baxmayaraq, borclu tələbi icra etməmişdir. Bundan başqa, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6480.15 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1821/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1196.81 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2( 125)-2395/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 868 manat məbləğində pul tutularaq X6 ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2369/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3498.34 manat məbləğində pul tutularaq X5ma ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6471/2023 saylı, xx.xx.2023-cii il tarixli icra sənədinə əsasən Şəxs 3878 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs qızma tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş müxtəlif tarixlərdə təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakları barədə aidiyyatı orqanlara sorğular edilmiş, lakin borclunun adma heç bir dəyərli daşmar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin borclu Şəxs qızma qeyd edilən icra sənədi üzrə tələbkara olan pul borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə tərəfimizdən müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq Şəxs borcunu tam ödəməmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs dəfələrlə borcunu ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqların verilməsinə baxmayaraq, borclu tələbi icra etməmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə yanaşı, iş üzrə göstərilən tələbi də icra etməkdən boyun qaçırmışdır. Odur ki, borclu Şəxs barəsində çağırışlara gəlmədiyi üçün axtarış qərarı qəbul edilmişdir və aidiyyatı üzrə polis orqanlarına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə polis vasitəsi ilə Gəncə şəhər üzrə İcra İdarəsinə gətirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 izahat verərək borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 izahat verərək bildirdi ki, Şəxs borcundan 100 manat məbləğində ödəniş etmişdir. Sonda o, borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, Şəxs məhkəmənin qətnaməsini icra etmir və bu səbəbdən də o, borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, maddi imkanı ilə əlaqədar borclarını ödəyə bilmir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 212/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli müqavilə üzrə 216 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 791 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 294 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00964905 müqavilə üzrə 660 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 00964986 saylı müqavilə üzrə 276 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə 672 manat ödənilməmiş hissə. 65 manat dəbbə pulu, 05.11,2019-cu il tarixli müqavilə üzrə 591 manat ödənilməmiş hiscə, 59 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, 990 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, xx.xx.2020-cu il tarixli müqavilə üzrə, 1330,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 6384,80 manat (altı min üç yüz səksən dörd manat səksən qəpik) pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,35 (doxsan beş manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 07 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 397 manat, cərimə qismində 20 manat, 21 may 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas corcun əvəzi qismində 717 manat, cərimə qismində 30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 81 qəpik, cəmi 1196 (bir min yüz doxsan altı) manat 81 (səksən bir) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2( 125)-2395/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 868 manat məbləğində pul tutularaq X6 ödənilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2369/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3498.34 manat məbləğində pul tutularaq X5ma ödənilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-6471/2023 saylı, xx.xx.2023-cii il tarixli icra sənədinə əsasən Şəxs 3878 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 212/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1821/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar