Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2169/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-712/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlər bərpa edilməli və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlər borclu "xxxx" 3 nömrəli tikinti müəssisəsindən tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin qərar xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə borclu "xxxx" 3 nömrəli tikinti müəssisəsinə məktub göndərilmişdir. Tərəfimizdən borclunun əmlakına baxış keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə borclu "xxxx" 3 nömrəli tikinti müəssisəsinin faktiki ünvanı olan ünvan 1ilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir dəyərli vəmlak aşkar edilməmişdir. Borclu "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin keçmiş direktoru Şəxs xx.xx.2012-ci il tarixdə vəzifədən azad edildiyini, səhmdar cəmiyyətin səhmlərinin müxtəlif şəxslərin adına özəlləşdirildiyini və hal-hazırda həmin müəssisənin fəaliyyətinin dayandığını bildirmiş, bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron icra informasiya sistemindən edilmiş şorğular nəticəsində borclu "xxxx" 3 nömrəli tikinti müəssisəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı və müəssisənin adına heç bir daşınar və daşınmaz əmlakın qeydiyyatda olmadığı məlum olmuş, həmçinin müəssisənin keçmiş direktoru Şəxs təqdim etdiyi özünə aid əmək kitabçasına əsasən onun xx.xx.2012-ci il tarixdə direktor vəzifəsindən azad edildiyi müəyyən edilmişdir. "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin keçmiş direktoru Şəxs xx.xx.2023-cü il tarixli izahatında müəssisənin fəaliyyətini dayandırdığını, özünün direktor vəzifəsindən azad edildiyini və Gəncə Şəhər Məhkəməsinin 2(125)712/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirmiş, lakin hal-hazıradək həmin şikayətlə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə heç bir sənəd təqdim edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin keçmiş direktoru Şəxs barəsində məhkəməyə inzibati protokol verilməsini xahiş etmişdir. Belə ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2012-ci il tarixdə direktor vəzifəsindən azad edilmiş, "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsi isə ləğv edilərək balansında olan əmlaklar ƏMDK-nın balansına keçmişdir. Onun qətnamə ilə bağlı həmin müəssisə ilə heç bir əlaqəsi yoxdur. Sonda o, inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs pulun ödənilməsini tələb etdiyini, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Elektron İcra sistemindən əldə edilmiş məlumatlardan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsi fəaliyyətini müvəqqəti dayandırmışdır. Şəxs tərəfindən təqdim edilmiş əmək kitabçasından görünür ki, o, xx.xx.2009-cu il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 839 saylı Sərəncamının icrasına uyğun olaraq 3 saylı müəssisə "xxxx" Səhmdar Cəmiyyətinin sturuktur tərkibindən çıxarılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılmamışdan öncə, xx.xx.2012-ci il tarixdən "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin rəisi vəzifəsindən azad edilmiş, buna görə də o, icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra edilməməsində həmin Müəssisənin vəzifəli şəxsi olaraq təqsirkar deyildir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 712/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsində Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-2169/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2169/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver