Məhkəmə qərarları › İş №3(125)-2173/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2173/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2173/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. xx.xx.1991-cü il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs (“GəncəPark GR” korperativin sədri) Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)1316/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular "xxxx" MMC və "GƏNCƏPARK GR" tərəfindən, ünvan 4 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının 6-ci mərtəbəsində yerləşən, 120.8 kv.m. ölçüdə olan 3 otaqlı mənzil ("xxxx" MMC ilə X5 arasında bağlanmış 30 noyabr 2006-ci il tarixli müqavilədə müəyyən edilmiş şərtlərlə) iddiaçı X4 təhvil verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icra sənədinin icrasını təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1316/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "GƏNCƏPARK GR" sədri Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmışdır. Bundan əlavə, tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədi üzrə tələbini digər borclu icra edəcəyini bildirmişdir. Eyni zamanda korperativin sədri Şəxs iş üzrə tələbkarla qarşlıqlı razılığa gəlmələri üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq icra sənədinin icrasından dolayı yollarla boyun qaçırmışdır. Çağrışlara gəlmədiyi üçün Şəxs barəsində axtarış qərarı qəbul edilmiş və polis əməkdaşları tərəfindən icra idarəsinə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, məhkəmə qətnaməsi ilə raılaşmır. Belə ki, icra vərəqəsi onun təmsil etdiyi şirkət tərəfindən deyil, digər cavabdeh şirkət tərəfindən icra edilməlidir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, mənzil sahəsi müştərək cavabdeh şirkətlər tərəfindən ona təhvil verilməlidir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh şirkətlər mənzil sahəsini ona təhvil verməkdən yayınırlar. Mənzil sahəsinin cavabdeh şirkətlər tərəfindən ona verilmədiyi halda vəzifəli şəxs Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)1316/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclular "xxxx" MMC və "GƏNCƏPARK GR" tərəfindən, ünvan 4 ünvanda yeni inşa olunmuş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının 6-ci mərtəbəsində yerləşən, 120.8 kv.m. ölçüdə olan 3 otaqlı mənzil ("xxxx" MMC ilə X5 arasında bağlanmış 30 noyabr 2006-ci il tarixli müqavilədə müəyyən edilmiş şərtlərlə) iddiaçı X4 təhvil verilməlidir. 14 aprel 2023-cü il tarixli “Borclunun axtarılması haqqında” Qərardan görünür ki, icra hərəkətlərindən yayındığı üçün vəzifəli şəxs Şəxs barəsində axtarış elan edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs "xxxx" MTK-nın sədri vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 11 avqust 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar