Məhkəmə qərarları › İş №3(125)-2178/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2178/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2178/2023 27.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, EQ 16607088 nömrəli və BNA ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarlardan X4 tərəfindən verilmiş şikayətə və əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 onun barəsində EQ 16607088 nömrəli və BNA ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarlardan Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirmişdir ki, EQ 16607088 nömrəli qərar o, Bakı şəhəri Nərimanov rayonu, Zaur Nudurəliyev küçəsində “ASAN Xidmət” Mərkəzinin qarşısında avtomobilini saxlayarkən tərtib olunmuş, digər BNA ******* nömrəli protokol üzrə qərar isə 3 il əvvəl Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə H.Əliyev küçəsinin kəsişməsində avtomobilini saxlayarkən tərtib edilmişdir. O, özü Gəncə şəhərində yaşadığı üçün şikayəti Gəncə Şəhər Məhkəməsinə vermiş və şikayətə burada baxılmasını xahiş etmişdir. Məhkəmədə şikayətə baxılarkən şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən olunmuşdur. Çünki şikayətçinin izahatından da aydın olur ki, EQ 16607088 nömrəli qərar üzrə xəta Bakı şəhəri Nərimanov rayonunda, BNA ******* nömrəli qərar üzrə xəta isə Bakı şəhəri Nəsimi rayonunda törədilmişdir. Odur ki, həmin qərarlardan şikayət inzibati xətaların törədildiyi yer üzrə müvafiq olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir, bundan sonra şikayətçinin vəsatəti əsasında onun yaşadığı yer üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olması məsələsini həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti aidiyyəti üzrə düzgün verilmədiyindən şikayət geri qaytarılmalı və ona EQ 16607088 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, BNA ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: EQ 16607088 nömrəli və BNA ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarlardan X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 EQ 16607088 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, BNA ******* nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar