Məhkəmə qərarları › İş №3(125)-2179/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2179/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2179/2023 20.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, Zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli, MN1477867 nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-543/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.900 (on yeddi min doqquz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 (bir yüz altmış beş) manat, cəmi 18.175 (on səkkiz min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti X3 xeyrinə tutulmalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1395/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3,031 manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-543/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənəd üzrə 18.175 (on səkkiz min yüz yetmiş beş) manat, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-1395/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə 3,031 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında materialın dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hal-hazırda isə borcu tam ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X3 etibarnamə üzrə nümayəndəsi X5 borcunun tam tutularaq ödənilmədiyi təqdirdə barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Qasımov X1 Bənövşə Halay qızı ilə oxşar məzmunlu ifadə verərək, barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə Şəhər Məhkəməsinin 2(125)-543/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cəmi 18.175 (on səkkiz min yüz yetmiş beş) manat pul alınaraq tələbkar X4 ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1395/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 3,031 manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. 20 sentyabr 2023-cü il tarixli, MN1477867 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 23 yanvar 2023-cü il tarixli “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” Qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-543/2022 saylı xx.xx.2022-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1395/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İş üzrə 28 noyabr 2022-ci il və 23 yanvar 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarlar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, inzibati məsuliyyətə cəlb olunacağı barədə “Xəbərdarlıq“ borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs səmimi etirafını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs Aərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar