Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2188/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi XXX Nümayəndə iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 05 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən 05 sentyabr 2023-cü il tarixdə saat 13:05-də planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki faəliyyət ilə məşğul olma faktı aşkar olunması göstərilmişdir. Məhkəməm iclasında Şəxs MMC-nin nümayəndəsi XXX Nümayəndə izahtında bildirmişdir ki, klinikada 2 həkim belə faəliyyət ilə məşğul olsa da yoxlama aparılan zaman artıq onların faliyyətinə xitam verilmişdir. Ona görə də qanunauyğun qərar qəbul edilməsini xahişe dir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, Səhiyyə Nazirliyinin nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 05 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64 ünvanında yerləşən Şəxsnə məxsus klinikada keçirilən 05 sentyabr 2023-cü il tarixdə saat 13:05-də planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki faəliyyət ilə məşğul olma faktı aşkar olunmuş, nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 605 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, X3, X5, sahibkar X2 iştirakı ilə Şəxs MMC-yə yoxlama keçirilmişdir. Yoxlama zamanı tibbi qeydiyyat səndələrinin ARSN-nin təsdiq etdiyi formaları və qaydaları üzrə icra olunmadığı, müəssisədə çalışan işçilərə vəzifə təlimatlarının tərtib edilmədiyi, Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin həkim radioloq X9 və stomatoloq X1 keçmədiyi üçün daxili əmr ilə faəliyyətlərinə xitam verildiyi, və.s pozuntular aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 605 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs Şəxs sahibkarı pzountuları etiraf edərək həkim radioloq X9 və stomatoloq X4 artıq işdən uzaqlaşdırıldıqlarını və digər nöqsanlarında qısa müddət ərzində aradan qaldırılacağını bildimişdir. Şəxs 101 nömrəli əmrindən görünür ki, həkim radioloq vəzifəsində işləyən X10 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” –tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Şəxs 097 nömrəli əmrindən görünür ki, Stomatoloq vəzifəsində işləyən X7 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” –tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, planlı (növbəti) yoxlama aktı və protokola əlavə edilmiş digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2188/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2188/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver