Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2189/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X10 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, Gəncə şəhər prokurorunun köməkçisi, Ramiz Nəbiyevin, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Şəxsn etibarnamə üzrə nümayəndəsi aparıcı mütəxəssis X17 iştirakı ilə, Hüquqi şəxs - Azərbaycan Respublikası Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 21 sentyabr 2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X12 tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Şəxsn X3 onun hüquqlarının pozulması ilə bağlı Hüquqi şəxs - Azərbaycan Respublikası Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində işləyən Məmmədov Taleh Alı oğlunun sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12də yaşayan X2 edilməsi məqsədilə ondan 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına alınmış “mən tək anayam, bacım X13 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X14 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram sminatına işləməsinin DSMF-nin X3n tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm” məzmunlu ərizəni “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.10cu maddəsinə əsasən müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündan gec olmayaraq aidiyyəti üzrə göndərməli və müraciət edənə bu barədə məlumat verməli və ya özünün müraciətə baxmalı olduğu halda həmin müraciəti qanunamüvafiq qaydada qeydiyyatdan keçirmədən iş otağında saxlayaraq vətəndaşa müavinətin təyin edilməsi və ya müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul etməmiş, müraciət edən şəxsə qanunvericilikdə müəyyən edilmiş müddətdə rəsmi məlumat verməməklə sosial müavinətlər haqqında qanunvericiliyin tələblərini pozmuş, həmçinin X6 müraciətini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi şəxs - Azərbaycan Respublikası Şəxsn barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Nəbiyev inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək hüquqi şəxs Azərbaycan Respublikası Şəxsn barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Şəxsn etibarnamə üzrə nümayəndəsi aparıcı mütəxəssis X23 bildirdi ki, tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarla razı deyildir. Belə ki, sosial müavinətlərin təyini və ya ondan imtina edilməsi Filialın səlahiyyətlərinə aid deyil. Filial müstəqil olaraq müavinət təyini haqqında qərar qəbul etmir, yalnız Bakı şəhərində yerləşən X26 müavinətin təyini məsləsinə baxmasında əlaqələndirici rolunu oynayır. Sevil Hümbətovanın ərizəsi Filiala təqdim edilmiş, orada əks etdirilən məsələ Filialın səlahiyyətlərinə aid olmadığı üçün ərizəni kənara qoyulmuşdur. Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 bildirdi ki, aztəminatlı ailə olduqlarına görə 19 sentyabr 2004-cü il təvəllüdlü qızı X7 5 yaşı olandan onlara ünvanlı dövlət sosial yardımı verilmişdir. 28 iyul 2023-cü il tarixdə qızı Elvina ilə birlikdə ünvanlı dövlət sosial yardımının karta köçüb-köçməməsini öyrənmək üçün Dövlət Sosial Müdafiə fondunun Gəncə Regional filialına getmiş, 2-ci mərtəbədə sosial müavinətlər, təqaüdlər və kompensasiyalar şöbəsinin müdiri Taleh Məmmədovun kompüterdə işləməsini görərək pensiya və sosial yardımın keçməsini öyrənib geri qayıtmaq istədikdə sonuncu ünvanlı dövlət sosial yardım kartının müddətinin nə vaxt bitməsini öyrənmək üçün onu geri çağırmış, o kartı verdikdə Taleh Məmmədov baxaraq ona ünvanlı dövlət sosial yardımın vaxtının qurtarmasına bir ay qalmasını demişdir. O, Filial müdiri Rəfael Məmmədova kömək etməsi üçün müraciət etmişdir. Rəfael Məmmədov da Taleh Məmmədovu çağırıb ona kömək etməsini tapşırmış, müdirin yanından çıxandan sonra sonuncu ona yazılı kağız verərək orada göstərilən sənədləri toplayıb gətirməsini bildirmiş, o, da evə gedəndən sonra kağıza baxdıqda görmüşdür ki, Taleh Məmmədov qəsdən hazırda yadında qalmayan çoxlu sənəd adı yazmış, o əvvəllər bu qədər sənəd yığmadığından səhəri günü həmin kağızı aparıb geri qaytarmış və o qədər sənədi yığa bilməyəcəyini demişdir. O, yenidən filialın müdiri Rəfael Məmmədovun qəbuluna getmiş və Taleh Məmmədova pul vermədiyinə görə ona kömək etmədiyini demiş, sonuncu Taleh Məmmədovu təzədən otağına çağırıb ona kömək etməyi tapşırdığı halda nəyə görə kömək etməməsini soruşmuş, Taleh Məmmədov da müdirin yanında kömək edəcəyini desə də, Rəfael Məmmədov filialın təsərrüfat şöbəsinin müdiri Poladı çağıraraq kömək edilməsi ilə bağlı ona ərizə yazdırmağı tapşırmışdır. Polad onun adından başqa şəxsə ərizə yazdırmış, həmin ərizəyə imza etmiş və ərizəni ondan almışlar, həmin ərizə Taleh Məmmədova verilsə də nəticəsi barədə sonuncu tərəfindən Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla ona bir ay müddət keçməsinə baxmayaraq cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxsn Gəncə-Daskəsən Reqional filialın direktoru X16 bildirdi ki, X12 xx.xx.2023-cü il qəbulda olarkən ona kömək göstərilməsini xahiş etmişdir. Öz nöbəsində Taleh Məmmədova və Polad Quliyevə, X1 edilməsini tapşırmışdır. Sevilin xahiş etdiyi məsələ Filialın səlahiyyətlərinə aid olmadığından sonrada ərizənin aqibəti barədə maraqlanmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X18 bildirdi ki, onun Filialda tutduğu vəzifə təsərrüfat-təminat işləri ilə bağlıdır. 2023-cü ilin avqust ayında Filial müdiri onu yanına çağıraraq bir nəfər vətəndaşa kömək etmək lazım olmasını bildirmişdir. O isə vətəndaşın müraciətinin nə ilə bağlı olmasını soruşmuş, vətəndaş sosial müavinətin təyini üçün müraciət etmək lazım olmasını, onun isə sənədləri elektron sistemə daxil edə bilməməsini demişdir. O isə vətəndaşa ərizə yazmağa kömək edərək ərizəni vətəndaşa vermiş və onu yola salmışdır. Məhkəmə iclasında iştirak edən şahid X15 bildirdi ki, o, filial müdirinin qəbul otağında olan zaman Sevil Hümbətova ona yaxınlaşmış və ərizə təqdim etmişdir. O ərizə tanış olduqdan sonra ərizəni araşdırılması və tədbir görülməsi üçün Taleh Məmmədova vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 19 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, hüquqi şəxs Şəxsn barəsində Azərbaycan Respublikası İXM- 594-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. X6 ərizəsindən görünür ki, o, Gəncə şəhər prokuroruna müraciət edərək onun barəsində müavinət müddətinin uzadılması üçün ondan pul tələb edilməsini bildirərək, ona kömək göstərilməsini xahiş etmişdir. X6 digər ərizəsindən görünür ki, o, Dövlət Sosial Müdafiə Fondu X26 X4 müraciət edərək müavinətin uzadılması üçün tələb edilən sənədlərin VEMTAS elektron sistemə işlənməsinə yardım edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq, məhkəmə iclasında proses iştirakçılarını dinləyərək hesab edir ki, barəsində icraat aparılan Hüquqi şəxs Şəxsn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 594- 1.1.1-ci maddəsi üzrə isə inzibati xətanı törətmiş hesab edilərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -118.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs inzibati məsuliyyətini istisna etmir. -84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (Hüquqi şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -594-1.1.1-ci maddəsinə əsasən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə Hüquqi şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələbi baxımından, məhkəmə barəsində icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Buna görə də, məhkəmə hesab edir ki, barəsində icraat aparılan hüquqi şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 X25 Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə inzibati xətanı törətmiş, ona görə də, hazırki iş üzrə barəsində icraat aparılan X25 Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə tənbeh edilməlidir. Belə ki, hazırki iş üzrə vətəndaş müraciəti məzmunundan asılı olmayaraq vətəndaş müraciətləri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmalı, müvafiq qaydada araşdırılaraq vətəndaşa cavab məktubu ünvanlanmalı, müraciətdə əks olunan məsələ hüquqi şəxsin səlahiyyətinə aid olamdıqda isə aidiyyəti üzrə göndərilməli idi. Əməkdaşların səhlənkarlığı səbəbindən zərərçəkmiş şəxs Sevil Hümbətovanın vətəndaş müaciəti sahəsindəki hüquqları pozulmuşdur. Məhkəmə iclasında Hüquqi şəxs Şəxsn məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2189/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2189/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver