Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-219/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1 barəsinə tərtib edilmiş EQ 12468974 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi haqqında şikayət ərizəsinə və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ 12468974 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 verdiyi şikayətə baxılmadan materialların ona qaytarılması haqqında ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, X2 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən ərizə ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən EQ 12468974 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi haqqında verilmiş şikayət və əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-219/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-219/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver