Məhkəmə qərarları › İş №3(125)-2190/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2190/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2190/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun vəkili X1 və Zərərçəkmiş şəxs Möhsüm qızının iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən Şəxs həmin filialın müdiri Rəfael Məmmədovun tapşırığına əsasən sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs kömək edilməsi məqsədilə ondan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına «mən tək anayam, bacım X4 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X5 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə vaxtı bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram təminatına işləməsinin DSMF-nin Gəncə-Daşkəsən Regional filialından tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər üzrə Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm» məzmunlu ərizə almasına baxmayaraq müraciət edən Zərərçəkmiş şəxs adını vətəndaşların qəbulu kitabına və Regional filialda vətəndaşların qəbulu elektron sistemdə aparılmasına baxmayaraq onun adını elektron qəbul sisteminə salmamaqla, həmçinin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinə əsasən Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğunu aşkar etməsinə baxmayaraq müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydasını izah etmədən ondan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına ərizə almaqla Zərərçəkmiş şəxs müraciətini «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 594-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X7 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyən Şəxs həmin filialın müdiri Rəfael Məmmədovun tapşırığına əsasən sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs kömək edilməsi məqsədilə ondan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına «mən tək anayam, bacım X4 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X5 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə vaxtı bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram təminatına işləməsinin DSMF-nin Gəncə-Daşkəsən Regional filialından tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər üzrə Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm» məzmunlu ərizə almasına baxmayaraq müraciət edən Zərərçəkmiş şəxs adını vətəndaşların qəbulu kitabına və Regional filialda vətəndaşların qəbulu elektron sistemdə aparılmasına baxmayaraq onun adını elektron qəbul sisteminə salmamaqla, həmçinin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinə əsasən Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğunu aşkar etməsinə baxmayaraq müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydasını izah etmədən ondan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına ərizə almaqla Zərərçəkmiş şəxs müraciətini «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 594-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir.Ona görə də Şəxs İXMnin 594-1.1.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında bildirdi ki, onun ümumiyyətlə vətəndaş qəbulu ilə bağlı hər hansı vəzifəsi yoxdur. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir və onun vəzifələri sırasına vətəndaş qəbulu aid deyildir. Sadəcə DSMF-nin Gəncə-Daşkəsən Regional filialının rəisinin tapşırığına görə Zərərçəkmiş şəxs ərizə yazmaqda köməklik göstərmiş və həmin ərizəni təqdim etməsi üçün onun özünə vermişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 594-1.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs vəkili X2 vermiş olduğu etirazı müdafiə edərək izahatında bildirdi ki, Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə icraata inzibati xəta tərkibinin olmaması səbəbilə xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törətilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İlk növbətə qevd edilməlidir ki, Şəxs təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır və vətəndaşların qəbul edilməsi, onların müraciətlərinin qeydiyyata alınması, müraciətlərin cavablandırılması onun vəzifə təlimatlarında nəzərdə tutulmamışdır. P.Quluvevin vəzifə təlimatlarına əsasən o, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən Regional filialının təchizat məsələlərində məsul şəxsdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsinə əsasən "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində , hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə edilir. Sadalanan normalardan göründüyü kimi sözügedən maddə görə məsuliyyət yalnız “Vətəndaşların müraciətləri üzrə vəzifəli şəxslərə şamil edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 594-1.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş X6 izahatında bildirdi ki, Şəxs ona ərizə yazmağa kömək etmiş və ərizəni təqdim etməsi üçün ona vermişdir. Buna baxmayaraq Şəxs da şikayətçidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 594-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “xx.xx.2023-cü il tarixli etirazdan görünür ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 19 sentyabr 2023-cü il tarixli qərara etiraz edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 594-1.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törətilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində göstərilmişdir ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmiş və hal-hazırda da həmin vəzifədə işləyir. Vətəndaşların qəbul edilməsi, onların müraciətlərinin qeydiyyata alınması, müraciətlərin cavablandırılması Şəxs vəzifə təlimatlarında nəzərdə tutulmamışdır. Polad Quliyevin vəzifə təlimatlarına əsasən o, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən Regional filialının təchizat məsələlərində məsul şəxsdir. Eyni zaman da proses iştirakçılarının izahatından göründüyü kimi Şəxs DSMF-nin Gəncə-Daşkəsən Regional filialının rəisinin tapşırığına görə Zərərçəkmiş şəxs ərizə yazmaqda köməklik göstərmiş və həmin ərizəni təqdim etməsi üçün onun özünə təqdim etmişdir. Belə olan halda Şəxs vəzifə səlahiyytlərinə aid olmadığı halda vətəndaşa kömək göstərməsi onun əməlində inzibati xəta tərkibinin olması üçün əsas götürülə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi Şəxs əməlində İnzibati Xətalar Məcəllənin 594-1.1.1-ci maddəsinin tərkib hissəsi olmadığından həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar