Məhkəmə qərarları › İş №3(125)-2192/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2192/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2192/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci və 594-1.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci və 594-1.1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının müdiri Şəxs sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs «X1» Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinə əsasən Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğunu aşkar etməsinə baxmayaraq müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydasını izah etmədən və müraciət edən Zərərçəkmiş şəxs adını vətəndaşların qəbulu kitabına və Regional filialda vətəndaşların qəbulu elektron sistemdə aparılmasına baxmayaraq onun adını elektron qəbul sisteminə salmadan qəbul edərək kömək edilməsi məqsədilə ondan ərizə alınmasını həmin filialın təsərrüfat şöbəsinin müdiri X6 tapşırmış, sonuncu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına «mən tək anayam, bacım X3 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X4 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə vaxtı bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram təminatına işləməsinin DSMF-nin Gəncə-Daşkəsən Regional filialından tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər üzrə Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm» məzmunlu ərizə almasına baxmayaraq «X1» Azərbaycan Respublikasının Qanunun 7.1, 7.2 və 7.4-cü maddələrinə əsasən verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı, müraciətə daxil olma tarixi və qeydiyyat nömrəsi qoymalı və onlara baxılmasını təmin etməli olduğu halda kargüzarlığın aparılması qaydalarını pozaraq həmin müraciətin filialın kargüzarı X5 tərəfindən müvafiq qaydada qeydiyyata alınmasını təmin etməmiş, filialın kargüzarı Anara İsmayılova həmin müraciəti qeydiyyata almadan aparıb Regional filialın sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində işləyən X8 iş otağında verməsinə, sonuncunun isə həmin ərizənin qeydiyyata alınmamasından istifadə edərək ərizəni iş otağında saxlayaraq müraciətin aidiyyəti üzrə göndərilməsi və ya baxılmasının nəticəsi barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət müəllifini məlumatlandırmadan növbəti əmək məzuniyyətinə getməsinə baxmayaraq həmin ərizəni Taleh Məmmədovdan tələb etməmiş, «X1» Azərbaycan Respublikasının Qanunun 7.10-cu maddəsinə əsasən müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərməli və müraciət edənə bu barədə məlumat verməli və ya özünün müraciətə baxmalı olduğu halda həmin müraciəti qanunamüvafiq qaydada qeydiyyatdan keçirmədən vətəndaşa ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması ilə bağlı müavinətin təyin edilməsi və ya müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul etməmiş, müraciət edən şəxsə qanunvericilikdə müəyyən edilmiş müddətdə rəsmi məlumat verməməklə sosial müavinətlər haqqında qanunvericiliyin tələblərini pozmuş,həmçinin Zərərçəkmiş şəxs müraciətini «X1» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 195.1 və 594-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının müdiri Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X9 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən Regional filialının müdiri Şəxs sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan Zərərçəkmiş şəxs «X1» Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinə əsasən Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğunu aşkar etməsinə baxmayaraq müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydasını izah etmədən və müraciət edən Zərərçəkmiş şəxs adını vətəndaşların qəbulu kitabına və Regional filialda vətəndaşların qəbulu elektron sistemdə aparılmasına baxmayaraq onun adını elektron qəbul sisteminə salmadan qəbul edərək kömək edilməsi məqsədilə ondan ərizə alınmasını həmin filialın təsərrüfat şöbəsinin müdiri X6 tapşırmış, sonuncu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına «mən tək anayam, bacım X3 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X4 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə vaxtı bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram təminatına işləməsinin DSMF-nin Gəncə-Daşkəsən Regional filialından tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər üzrə Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm» məzmunlu ərizə almasına baxmayaraq «X1» Azərbaycan Respublikasının Qanunun 7.1, 7.2 və 7.4-cü maddələrinə əsasən verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı, müraciətə daxil olma tarixi və qeydiyyat nömrəsi qoymalı və onlara baxılmasını təmin etməli olduğu halda kargüzarlığın aparılması qaydalarını pozaraq həmin müraciətin filialın kargüzarı X5 tərəfindən müvafiq qaydada qeydiyyata alınmasını təmin etməmiş, filialın kargüzarı Anara İsmayılova həmin müraciəti qeydiyyata almadan aparıb Regional filialın sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində işləyən X8 iş otağında verməsinə, sonuncunun isə həmin ərizənin qeydiyyata alınmamasından istifadə edərək ərizəni iş otağında saxlayaraq müraciətin aidiyyəti üzrə göndərilməsi və ya baxılmasının nəticəsi barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət müəllifini məlumatlandırmadan növbəti əmək məzuniyyətinə getməsinə baxmayaraq həmin ərizəni Taleh Məmmədovdan tələb etməmiş, «X1» Azərbaycan Respublikasının Qanunun 7.10-cu maddəsinə əsasən müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərməli və müraciət edənə bu barədə məlumat verməli və ya özünün müraciətə baxmalı olduğu halda həmin müraciəti qanunamüvafiq qaydada qeydiyyatdan keçirmədən vətəndaşa ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması ilə bağlı müavinətin təyin edilməsi və ya müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul etməmiş, müraciət edən şəxsə qanunvericilikdə müəyyən edilmiş müddətdə rəsmi məlumat verməməklə sosial müavinətlər haqqında qanunvericiliyin tələblərini pozmuş,həmçinin Zərərçəkmiş şəxs müraciətini «X1» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qəbul etməməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 195.1 və 594-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Ona görə də Şəxs İXM-nin 195.1 və 594-1.1.1-ci maddələri ilə məsuliyyətə cəlb olunması xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında bildirdi ki, o ilin proqramına uyğun olaraq daimi vətəndaş qəbulunu həyata keçiri. Onlarda sistem elktron olduğuna görə vətandaşlar elektron müraciət etməli, daha sonra onların müraciəti qəbul edilməlidir. Sadəcə Zərərçəkmiş şəxs dəfələrlə hüquqları izah olunsa da o yenidən DSMFnin Gəncə-Daşkəsən Regional şöbəsinə gəlmişdir. Bu zaman o şəxsən özü onu qəbul etmiş və filialın təsərrüfat şöbəsinin müdiri X7 çağıraraq vətandaşa ərizə yazmağa kömək etməsini tapşırmışdır. O heç bir qaydanı pozmamış, heç bir inzibati xəta törətməmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 195.1 və 594- 1.1.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs vəkili Vəkil vermiş olduğu etirazı müdafiə edərək izahatında bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törətilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs işlədiyi Gəncə-Daşkəsən regional filialının ünvanlı dövlət sosial yardım təyin etmək səlahiyyəti yoxdur. Qeyd edilən Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi Şəxs sözügedən Məcəllənin 195.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti olmadığından həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Şəxs vətandaşı müraciətini qəbul etmiş və həmin müraicətə uyğun olaraq tapşırıq vermişdir. Zərərçəkmiş şəxs müraciəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəbul edilmişdir və hal-hazırda onun ərizəsi gözləmə statusundadır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 195.1 və 594-1.1.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 195.1 və 594-1.1.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “xx.xx.2023-cü il tarixli etirazdan görünür ki, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında 19 sentyabr 2023-cü il tarixli qərara etiraz edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 195.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törətilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs direktoru olduğu Gəncə-Daşkəsən regional filialının ünvanlı dövlət sosial yardım təyin etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi Şəxs əməlində İnzibati Xətalar Məcəllənin 195.1-ci maddəsinin tərkib hissəsi olmadığından həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs oğlunun hərəkətlərində İXM-nin 594-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində göstərilmişdir ki, «X1» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. «X1» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən Müraciətə baxan subyektlərin müraciətlərin qəbu edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxil olma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Həmin Qanunun 7-8-ci maddəsinə əsasən Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Həmin Qanunun 7.10 maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündan gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Həmin Qanunun 12.3.3-cü maddəsinə əsasən müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 14.0.6-cı maddəsinə əsasən müraciətlərə baxılması zamanı vətəndaşların müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq hüququ vardır. Həmin Qanunun 16-cı maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mulki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Şəxs tərəfindən «X1» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verməli olduğu halda filialın təsərrüfat şöbəsinin müdiri X6 Zərərçəkmiş şəxs ərizə yazması ilə bağlı tapşırıq vermiş, lakin şəxsin müraciəti rəsmi qaydada qeydiyyata alınmamış və ona heç bir cavab verilməyərək «X1» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törtəməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 594-1.1.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şəxs əməlində İnzibati Xətalar Məcəllənin 195.1ci maddəsinin tərkib hissəsi olmadığından həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin 100 (yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar