Məhkəmə qərarları › İş №3(125)-2194/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2194/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2194/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X9 barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli qərarı ilə əsassız və qərəzlidir. Belə ki, həmin qərar əsasında ona X6 döyməsinə görə İXM-nin 157 maddəsində göstərilən inzibati xətanı törətməsi istinad edilsə də, o, bununla razılaşmır. O, bu əməlləri törətməmişdir. Əksinə Xəyalə onu döymüşdür. Buna görə onun barəsində inzibati protokol tərtib edilərək tənbeh də edilmişdir. Lakin, sonrada Xəyalə ekspertizadan keçmiş, onun da bədənində xəsartələrin olması müəyyən edilərək özü, yəni Süleymanlı Xalidə barəsində də inzibati tənbehvermə haqqında qərar qərar qəbul edilmişdir. Qeyd edir ki, ekspert rəyi həqiqətə uyğun deyil. O, Xəyaləni döyməmişdir. Mübahisə cehiz əşyalarının məhkəmə icraçısının iştirakı ilə götürülməsi zamanı baş vermişdir. Qardaşı oğlu Orxan, qardaşı qızı Xəyalə və Orxanın oğlu Müqalib birləşərək onu döymüşlər. Hadisə baş verən vaxt məhkəmə icraçısı Nazim evin ikinci mərtəbəsində olmuşdur. Məhkəmə iclasında iştirak edən X7 İsa qızı şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, əldə edilmiş inzibati xəta haqqında materialları nəzərdən keçirib, X4 izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 barəsində tərtib edilmiş 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. 17 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, iş üzrə cinayət işinin başlanması rədd edilmiş, X9, X10 və X3 əməlində İXM-nin 157 maddəsinin tərkibi olduğundan iş üzrə inzibati xəta haqqında icraatın başlanması üçün materiallar 1-ci PŞ-ə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 11 avqust 2023-cü il tarixli Rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - üst dodaq və sağ körpücük nahiyələrinin qançırları - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd edir ki, X4 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X4 təqsiri təsdiq olunur. Beləliklə, X4 barəsində tərtib edilmiş 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X4 barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin tərtib etdiyi 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin tərtib etdiyi 22 avqust 2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar