Məhkəmə qərarları › İş №3(125)-2196/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2196/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2196/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X5 katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Hüquqi şəxs – Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) tərəfindən müvəkkil bankda olan hesabına köçürülməli olan pul vəsaitinin xaricdən qaytarılmaması faktına görə cinayət işi üzrə icraat aparılır. Cinayət işinin istintaqı zamanı alınan izahatlardan X2 MMC-də əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Buna görə də, MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, X7 Şəxs (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş tələblərini pozulmaqla əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən xarici iqtisadi əlaqələrin təşkili üzrə mütəxəssi kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. “Günəşli Aqro MMC”-nin Gəncə “Elektron prokurorluq” informasiya sistemindən əldə edilmiş əmək müqaviləsinin məlumatlarından görünür ki, xx.xx.1979-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sözlərindən məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Xalid Qurbanov xarici iqtisadi əlaqələrin təşkili üzrə mütəxəssi kimi işlərin yerinə yetirilməsinə cəlb edilməklə MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi şəxs Günəşli Aqro MMC-nin inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X8 izahat verərək bildirdi ki, iş materiallarında hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, həm inzibati xəta üzrə icraatın iştirakçılarının izahatları, həm də iş materiallarına əlavə edilmiş sübutlarla əməl tam olaraq sübuta yetirilir. Ona görə də, məhkəmədən hüquqi şəxs «Günəşli Aqro MMC» -nin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X6 bildirdi ki, X7 MMC-də əmək fəaliyyəti ilə məşğul olmur. Onun əsas və əlavə iş yeri var. O digər şirkətdə əmək fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, onun Rusiya Federasiyasında fəaliyyət göstərən “TD Solneçnıy” və “APQ Yuq” şirkətinin qanuni nümayəndəsi olmasına dair etibarnamələri də iş materiallarına əlavə edilmişdir. Hazırki iş üzrə Xalid Qurbanov Şəxs MMC-nin deyil, yuxarıda göstərilən iki şirkətin qanuni nümayəndəsi qismində çıxış edir. Buna görə də, təmsil etdiyi Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 Şəxs MMC-nin nümayəndəsi və vəkili X6 ilə eyni məzmunlu izahat verərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 21.09. 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya Qurumlarının dövlət reysteri məlumatları haqqında çıxarışdan görünür ki, “Günəşli Aqro MMC”-də (VÖEN **********) xx.xx.2020-ci il tarixdən dövlət qeydiyyatına alınmşıdır. “Elektron prokurorluq” informasiya sistemindən əldə edilmiş əmək müqaviləsinin məlumatlarından görünür ki, X2 hazırda "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Etibarnamələrin surətindən görünür ki, X7 “TD Solneçnıy” və “APQ Yuq” şirkətinin qanuni nümayəndəsi qismində çıxış edir. Etibarnamələr 31 dekabr 2023-cü ilədək qüvvədədir. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə inzibati xəta tərkibin əlamətlərinin mövcud olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həm inzibati məsuliyyət müəyyən edən maddənin, həm də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin mahiyyəti baxımından məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiallarda X4 Şəxs MMC-də əmək müqaviləsi qüvvəyə minmədən əmək fəaliyyəti ilə maşğul olmasına dair izahatlardan başqa heç bir sübut aşkar edilməmişdir. Əksinə, işə əlavə edilmiş etibarnamə surətlərindən görünür ki, o, X7 “TD Solneçnıy” və “APQ Yuq” şirkətinin qanuni nümayəndəsi qismində çıxış edir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta tərkibinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar