Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-22/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğu "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 15 dekabr 2*23-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” qəbul edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, ədliyyə müşaviri X1 xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda bildirilmişdir ki, hüquqi şəxs "xxxx" MTK-nın vəzifəli şəxsi - sahə rəisi X7 tərəfindən MTK-nın xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 2*23-cü ilin avqust ayından 2*23-cü ilin noyabr ayınadək olan müddət ərzində Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisində usta kimi işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X8, X7, X5 izahatları və digər sənədlərlə təsdiq olunur. X8 izahatında bildirmişdir ki, 2*22-ci ilin noyabr ayından "xxxx" MTK tərəfindən usta kimi işə götürülərək Bibiheybət ərazisində fərdi yaşayış evlərinin təmiri işinə cəlb edilsə də, onunla əmək müqaviləsi bağlanmamış, 25 aprel 2*23-cü il tarixdə Tamella adlı qadının evində iş görən zaman sahə rəisi Arifin göstərişi ilə ağacın budağını kəsmək istəyərkən yıxılaraq xəsarət almışdır. X7 izahatında göstərmişdir ki, Rəşid Məsimovla MTK tərəfindən əmək müqaviləsi bağlanmadığını bildiyi halda, sonuncunu evlərin təmiri işinə cəlb etmişdir. "xxxx" MTK-da keyfiyyət üzrə mütəxəssis X9 izahatında göstərmişdir ki, Rəşid Məsimov MTK-də əmək müqaviləsi olmadan işləmiş, Bibiheybət ərazisində fərdi yaşayış evlərinin təmirinə cəlb edilmişdir. Əvəz Quliyev tərəfindən araşdırmaya təqdim edilmiş içilərin qeydiyyat və təlimat kitabçasından çıxarışdan görünür ki, Rəşid Məsimov "xxxx" MTK-da işlərin görülməsinə cəlb edilmiş və bu barədə mütəmadi olaraq kitabçada qeydiyyat aparılmışdır. X8 izahatında bildirmişdir ki, 16 iyun 2*22-ci ildən "xxxx" MTK-da sahə rəisi işləyən Araz adlı şəxs tərəfindən usta kimi işə götürülmüş, lakin əmək müqaviləsi bağlanmamışdır. Gündəlik əmək haqqının 3* manat ödənilməsi barədə razılığa gəlsələrdə ilk ayları normal qaydada ödənilmiş, 2*22-ci ilin oktyabr ayında Araz müəllimi Ağalar adlı şəxs əvəz etdiyindən onun əmək haqqısını gecikdirməyə başlamışdır. Həmin vaxtlarda Ramilin, Tamella xanımın, Şamama xanımın mənzilində və həyətində işləmişdir. Beləliklə dekabr ayının 3-nə kimi, yəni 33 gün işləmiş və ümumilikdə 99* manat əmək haqqı almalı olduğu təqdirdə ona 2** manat ödəniş edilmişdir. 3-4 ay sonra Ağalar işdən uzaqlaşmış, o isə şirkətin nümayəndələrinə müraciət etsədə əmək haqqısı ödənilməmişdir. R. Məsimov halhazırda da "xxxx" MTK-da əmək müqaviləsi olmadan işləyir. 25 aprel 2*23-cü il tarixdə Bibiheybət adlanan ərazidə Tamella adlı xanımın evində təmir işləri aparan zaman Arif müəllimin təkidi ilə həyətdə olan əncir ağacının budağını kəsmək üçün nərdivanla ağaca çıxarkən ağacın budağı sınmış və yıxılmışdır. Həmin vaxt onun sol qolu sınmış və başından xəsarət almışdır. Arif müəllim onu tanımadığı xəstəxanaya aparsada, lakin prokurorluq orqanlarına və əmək müfəttişliyinə məlumat verilməmişdir. X7 izahatında bildirmişdir ki, 2*23-cü ilin aprel ayından "xxxx" MTK-nın rəhbəri Tural müəllim tərəfindən nəzarətçi vəzifəsinə işə götürülmüş və əmək müqaviləsi bağlanmışdır. Əmək haqqısı ona məxsus karta aylıq olaraq köçürülür. O, X3 tanıdığını, onun "xxxx" MTK-da "xxxx" MMC-nin sifarişi əsasında podratçı kimi abadlıq işlərinin aparılması işi ilə məşgul olduğunu bildirmişdir. R.Məsimov günəmuzd işlədiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Ona hər 15 gündən bir ödənilirdi. Tamella adlı xanımın evində təmir işləri aparan zaman həyətdə olan ağacın budağını kəsməyi bildirdikdə o, nərdivanı ağaca söykəyib qalxan zaman ayağı büdrədiyindən yıxılaraq xəsarət almışdır. Onu dərhal Bayıl əraisində adını xatırlamadığı poliklinikaya aparmış və qolunun sındığı məlum olmuşdur. X9 izahatında bildirmişdir ki, təxminən 1 ildir ki, "xxxx" MTK-nın rəhbəri Tural müəllim tərəfindən keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə işə götürülərək əmək müqaviləsi bağlanmışdır. Əmək haqqısı ona məxsus karta aylıq olaraq köçürülür. O, X3 tanıdığını, onun "xxxx" MTK tərəfindən aparılan təmir-tikinti işlərində usta kimi işlədiyini və hazırda da işləməyə davam ediyini bildirmişdir. Elə ki, "xxxx" MMC-nin sifarişi əsasında podratçı kimi abadlıq işlərinin aparılması işi ilə məşgul olur. Təxminən 3-4 ay əvvəl R.Məsimov "xxxx" MTK–da sınaq müddətində olan Ağaların ona 8** manat verəcəyi olduğunu demişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xətalar haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-in 1*2.2-ci maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 11*-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-in 54-cü maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, hüquqi şəxs "xxxx" MTK-nın vəzifəli şəxsi-sahə rəisi X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3* sentyabr 1966-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 43, mənzil 4*3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan X2 Bibiheybət ərazisində fərdi yaşayış evlərinin təmirinə cəlb etməklə hüquqi şəxs "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ev 6*F, mənzil 56 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MTK-nın barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Prokurorluğunun və hüquqi şəxs "xxxx"MTK-nın nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 15 dekabr 2*23-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" MTK barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - Gəncə Şəhər Prokurorluğunun 15 dekabr 2*23-cü il tarixli məktubundan görünür ki, Prokurorluq tərəfindən hüquqi şəxs "xxxx" MTK barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə məlumat verilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MTKyə Аzərbаycаn Respublikаsı İXM-in 192.1-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəlləsinin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəlləsinin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən "xxxx" MTK tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər Prokurorluğu tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MTK barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MTK-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, "xxxx" MTK hüquqi şəxs qismində İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 4*, 115 və 128- 13*-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 2*.*** (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 1* (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-22/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-22/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver