Məhkəmə qərarları › İş №3(125)-221/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-221/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-221/2022 08.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İХM-in 347-ci maddəsi ilə tərtib edilmiş 25 iyun 2022-ci il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı təqdim etməmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X5 mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilməsi haqqında 10 may 2022-ci il tarixli məktubu məhkəməyə təqdim edərək, bildirdi ki, onlar tərəfindən Şəxsnə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Khazar” minik markalı avtonəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə 10 may 2022-ci il tarixdə rəsmi qaydada məlumat verilmişdir. Buna görə də Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: Daxili İşlər Nazirliyinin X8 Veb portalından çıxarışdan məlum olur ki, “Khazar” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. Bildirişin və poçt xəbərnaməsinin surətindən məlum olur ki, Gəncə şəhər DYPŞ tərəfindən Şəxsnə ünvanlanmış, **-AA-*** dövlət qeydiyyat nişanlı “Khazar” minik markalı avtomobili idarə edən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 13:57-də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatın verilməsinin xahiş olunduğu məktub xx.xx.2022-ci il tarixdə Şəxs ünvanına verilmişdir. Şəxsndən Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə ünvanlanmış 10 may 2022-ci il tarixli məktubundan görünür ki, Şəxsnə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Khazar” minik markalı avtonəqliyyat vasitəsi 25 aprel 2022-ci il, saat 13:57 radələrində idarənin əməkdaşı X2 tərəfindən idarə olunmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Şəxs hərəkətlərində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir. Lakin iş materiallarında olan sənədlərdən məlum olur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və 10 may 2022-ci il tarixdə nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilmişdir. Görünür ki, Şəxs tərəfindən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin sürücüsü barədə Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş müddətdə, yəni 5 gün müddətinə lazımi məlumat verilmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 31, 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar