Məhkəmə qərarları › İş №3(125)-222/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-222/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-222/2024 02.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan ARespublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1100/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3730/16 saylı, xx.xx.2016-cı il qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində aliment artılıaraq Şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq X2na ödənilməlidir. İcra sənədləri müvafiq olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdi. Daha sonra aparılmış icra tədbirləri nəticəsində Şəxs 777 saylı Hərbi Hissədə işlədiyi müəyyən edilmiş və tərəflərindən xx.xx.2021-ci il tarixdə borclunun əmək haqqının 70 faizi nisbətində tutqu aparılması barədə iş yerinə məktub göndərilmişdir. 777 saylı Hərbi Hissənin xx.xx.2021ci il tarixli məktubunda borclu Şəxs işdən azad edildiyi bildirilmişdir. X2 xx.xx.2022-ci il tarixli ərizəsində həmin ilin sentyabr ayı da daxil olmaqla aliment borcunun tam olaraq aldığını bildirmişdir. Aparılmış zəruri icra tədbirləri nəticəsində Şəxs Vətəm müharibəsində iştirakçılar üçün təyin edilmiş 80 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. İnkasso sərəncamı vasitəsi ilə 2023-cü ilin avqust ayından etibarən hər ay borclunun pensiyasının 70 faizi nisbətində tutqu aparılaraq tələbkarın bank hesabına ödənilir. Gəncə şəhər Psixatriya Stansiyasının xx.xx.2023-cü il tarixli məktubunda borclu Şəxs “posttravmatik stress pozuntusu, özünü öldürmək cəhdləri” dizaqnozu ilə stasionar müalicədə olduğu müəyyən edilmişdir. Həmçinin Gəncə Şəhər Ruhi X3 xx.xx.2023-cü il tarixli məktubunda borclunun xx.xx.2023-cü il tarixdən “F41. Uzun gedişli posttravmatik stress pozuntusu” diaqnozu ilə qeydiyyatda olduğu bildirilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən daxil olmuç ərizəyə əsasən borclunun yanvar ayıda daxil olmaqla 1084 manat aliment borcu mövcud olmuşdur. Borclu borcunu ödəməkdən boyun qaçırmışdır. Bununla da, borclu Novruzov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X13 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu hazırda borcundan 300 manat daha ödəniş etmişdir. Lakin buna baxmayaraq borc tam ödənilmədiyindən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcundan hər ay mütəmadi ödənişlər edir. Hal-hazırda da 300 manat ödəniş etmişdir. Yaxında psixi pozuntusu ilə əlaqədar pensiya təyin ediləcəkdir. Ondan sonra qalan borcunu da tam şəkildə ödəyəcəkdir. Onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X7 bildirdi ki, borclu tərəfindən ona 300 manat ödəniş edilmişdir. Hər ay cəmi 56 manat ödəniş edilir. Borclu toylarda skripka çalır. Qazancı olur. Ona görə də qanunla məyyən edilmiş qaydada barəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1100/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq X2na ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 8(125)-569/2023 saylı xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-222/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tərəfindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir mülkiyyət yoxdur. İş materiallarında olan 777 saylı Hərbi Hissənin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, borclu Şəxs işdən azad edildiyi bildirilmişdir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, həmin ilin sentyabr ayı da daxil olmaqla aliment borcunun tam olaraq aldığını bildirmişdir. İş materiallarında olan Gəncə Şəhər Ruhi X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu xx.xx.2023-cü il tarixdən “F41. Uzun gedişli posttravmatik stress pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan ödənişlər etmişdir. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, yalnız elektron çıxarış əsaslanaraq, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcundan ödənişlər etmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar