Məhkəmə qərarları › İş №3(125)-2246/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2246/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2246/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icraatında olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 20025 (iyirmi min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3223.85 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 52.23 manat tutularaq, tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3407 manat məbləğində pul vəsaiti və 54.07 manat dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMC- nin xeyrinə ödənilməlidir. Borclu Şəxs yeni müddətin təyin edilməsi haqqında bildiriş təqdim olunmasına baxmayaraq, borclu sözügedən icra sənədləri üzrə tələbləri təmin etməkdən yayınmış və barəsində olan İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat inzibati cəriməni ödəməmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq, xx.xx.2025-ci il tarixli izahatı alınmışdır. Borclu izahatında 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4242 nömrəli, 28.03,2024-cü il tarixli icra sənədi üzrə borcundan hal-hazıradək cəmi 4300 manat ödəniş etdiyini, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcundan 1500 manat ödənş etdiyini, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə heç bir ödəniş etmədiyini və Gəncə Şəhər Məhkəməsinin 3(125)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmişdir. Borclu həmçinin izahatında icra sənədləri üzrə borclarından hissəvi ödənişlər edəcəyini qeyd etmişdir. Belə ki, borclu Şəxs barəsində icra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş, lakin borclu icra sənədləri üzrə tələbləri yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, məhkəmənin qərarından sonra cəmi bir dəfə "xxxx" MMC-yə 100 manat ödəniş etmiş, qalan ödənişlər isə onun barəsində cərimə olunması barədə qərar çıxarılmamışdan əvvəl olmuşdur. Hazırda isə tələbkarlar borcun tamamilə ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi imkanının zəif olduğunu, indiyədək maddi imkanı çatdığı qədər ödəniş etdiyini və əgər vaxt verilərsə yenidən hissəvi ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4242 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs ümumilikdə 20025 (iyirmi min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir - Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli, 03503879 nömrəli müqavilə üzrə 3191,95 manat ödənilməmiş məbləğ, 31,9 manat cərimə olmaqla, cəmi 3223,85 (üç min iki yüz iyirmi üç manat 85 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 52,23 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. - Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3407 manat məbləğində borc və 54,07 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri müvafiq tarixlərdə icraata daxil olmuş “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim olunmuşdur. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-19/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -İcra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında bildirişlərdən görünür ki, Şəxs tələbin üzrsüz səbəbdən icra edilməməsi barədə xəbərdar edilmişdir. - “Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən və tərəfimizdən aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir daşınar və ya daşınmaz əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq, izahatı alınmış, hüquq və vəzifələri ona izah olunmuşdur. İcra sənədlərinin icrası ilə bağlı borclu Şəxs müxtəlif tarixlərdə xəbərdarlıq məktubları təqdim olunmasına baxmayaraq, borclu icra sənədləri üzrə tələbləri könüllü icra müddəti ərzində yerinə yetirməmişdir. -Ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 300 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə olunmasına baxmayaraq bundan sonra cəmi 100 manat ödəniş etmiş və inzibati tənbeh aldıqdan sonra bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar inzibati xəta törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, borc ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir (O, xx.xx.2025-ci il tarixdə cərimə olunmuş və bundan nəticə çıxarmamışdır). Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 18 (on səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar