Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2248/2024 10.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdrarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 iyun 2024-cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki Şəxs MMC xx.xx.2023-cü il tarixli, 160323-MERT nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli **********3206 saylı gömrük bəyannaməsi üzrə çəkisi 24500.00 kq, dəyəri 6370.00 ABŞ dolları və xx.xx.2023-cü il tarixli, **********3208 saylı gömrük bəyannaməsi üzrə çəkisi 24500.00 kq, dəyəri 6370.00 ABŞ dolları olan “iribuynuzlu heyvanların dəri tullantıları” yükü rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********3206 saylı gömrük bəyannaməsi ilə ixrac edilən yükün dəyəri 15.00 ABŞ dolları və xx.xx.2023-cü il tarixli, **********3208 saylı gömrük bəyannaməsi ilə ixrac edilən yükün dəyəri 15.00 ABŞ dolları (2 (iki) bəyənnamə üzrə geri qaytarılmayan məbləğ 30.00 ABŞ dolları) olan valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********3206 və **********3208 nömrəli Gömrük bəyannamələrindən görünür ki, dəyəri 6370.00 ABŞ dolları olan “iribuynuzlu heyvanların dəri tullantıları” yükü rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli 160323-MERT nömrəli müqavilənin surətindən görünür ki, Şəxs MMC ilə “Mert Dericilik Sanayii ve Ticaret LTD.ŞTİ” arasında müqavilə bağlanmış, müqaviləyə əsaəsən alıcı 24500.00 kq “iribuynuzlu heyvanların dəri tullantıları” yükünü alıcıya satmağı alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan və xx.xx.2023-cü tarixli bildirişdən görünür ki, konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilmədikdə Azərbaycan Respublikası İXMnin 483-cü maddəsinin və ya CM-nin 208-ci maddəsinin tələblərinə uyğun olaraq müfaviq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - 13 iyun 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac edilən 2 (iki) bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 30.00 ABŞ dolları bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 30.00 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 09 (doqquz) ABŞ dolları miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (30.00 ABŞ dolları) 30 (otuz) faizi miqdarında, yəni 09 (doqquz) ABŞ dolları məbləğində cərimə edilsin. Cərimə növündə tətbiq edilmiş inzibati cərimə, yəni 09 (doqquz) ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Şəxsndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2248/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2248/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver