Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2249/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, Daşkəsən rayonu, Güneykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:45 radələrində Gəncə şəhəri, Cumhuriyyət küçəsində yerləşən “Alov” otelin qarşısında polis əməkdaşlarının ünvanına içkili vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:45 radələrində içkili vəziyyətdə idarə etdiyi “VAZ 21099” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən dönmə işğından istifadə etmədiyinə görə Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinin əməkdaşları tərəfində ona saxla əmri verilsə də, o buna məhəl qoymamış və sonradan yəni avtomobili bir qədər idarə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman o, avtomobildən düşərək DYP əməkdaşlarının ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, alkotester vasitəsi ilə sərxoşluğun müəyyən edilməsindən imtina etmiş, o, cümlədən sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı aparıldığı Gəncə şəhəri Narkoloji Dispenserin inzibati binasında da onu ora gətirən DYP əməkdaşlarını söyməkdə davam etmişdir (bütün bunları əks etdirən DVD diski məhkəməyə təqdim edir). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 09 iyul 2025-ci il tarixdə sərxoş olduğundan həmin vaxt nə etdiyini xatırlamır, lakin məhkəmə iclasında hadisənin görüntülərini özündə əks etdirən DVD-diskə baxış zamanı ona aydın olmuşdur ki, həmin vaxt o, protokolda qeyd edilən əməlləri törətmişdir. O bildirdi ki, bu əməlləri sərxoş olduğuna görə törətmişdir. Hazırda əməlindən peşmandır və himayəsində iki uşağı var. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X9 şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 ifadəsində bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 02:45 radələrində **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə ekipaj yoldaşı Elmin Əsgərov ilə birlikdə xidmətdə olarkən Gəncə şəhəri, Cümhuriyyət küçəsində yerləşən Alov otelin yaxınlığında **-FB-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ 21099 markalı avtomobilin sürücüsünün işıq cihazlarından düzgün istifadə etməməsi səbəbilə saxla əmri versələr də, həmin avtomobilin sürücüsü idarə etdiyi avtomobili onların xidməti avtomobilinin üzərinə sürərək, saxla əmrinə tabe olmayıb hərəkətinə davam etdirmişdir (həmin şəxsin Şəxs olmasını sonradan bilmişdir). Cavadxan qəsəbəsinin giriş hissəsinə həmin avtomobili saxladaraq özlərini təqdim edib nə üçün avtomobili saxlamadığını soruşduqda həmin sürücü avtomobildən düşərək ucadan nalayiq ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaldaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra, Şəxs məcburi qaydada xidməti avtomobilə əyləşdirilərək barəsində inzibati qaydada tədbir görülməsi üçün 2-ci Polis Şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 digər şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:52-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün barəsində İXM-nin 329.3, 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadələri, inzibati xəta hadisəsinin görüntülərini özündə əks etdirən DVD-disk, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini İXM-in 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin maddələrinə və işin faktiki hallarına əsaslanaraq, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına söyüş söyməsini, onun təqsirinin dərəcəsini, inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 09 iyul 2025-ci il tarixdən, saat 03:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 27 (iyirmi yeddi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 iyul 2025-ci il tarixdən saat 03:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2249/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2249/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver