Məhkəmə qərarları › İş №3(125)-225/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-225/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-225/2022 26.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Atatürk prospekti 127 ev 10b mənzil 8-də qeydiyyatda olmaqla, Gəncə şəhər Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 29 mart 2022-ci il tarixdə Tağı-X4 şəhəri Məhsəti qəsəbəsində X2 aralarında olan mübahisə zamanı döymüşdür. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 25 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 izahat verərək bildirdi ki, Şəxs 29 mart 2022-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində X2 aralarında olan mübahisə zamanı döymüşdür. Buna görə də X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 25 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, təxminən 12 ildir ki qardaşı X3 əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadığı X2 tanıyır. Esmira ilə Xəyal qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadıqları dövrdə mütəmadi olaraq aralarında ailə münasibətləri zəminində mübahisələr olduğu üçün Esmira Xəyaldan ayrılmışdır. Esmira Xəyaldan ayrıldıqdan sonra Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edərək Xəyalın yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən ata evlərindən yaşamaq hüququ almışdır. 29 mart 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Xəyalın ikinci arvadı X5 ona zəng edərək Esmiranın yaşadığı evə gəldikdən sonra Xəyal ilə Esmira arasında mübahisə olduğunu bildirib onu həmin evə çağırmışdır. O, saat 18:50 radələrində Xəyalın yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən evə daxil olduqdan sonra Esmira onu görüb ünvanına söyüşlər söyməyə başlayaraq üzərinə gəlmişdir. Esmira onun üzərinə gələrək əli ilə boyun nahiyəsindən tutub dırnaqları ilə boğaz və sinə nahiyəsini cırdığı üçün o da, iki əli ilə Esmiranın saçından tutub yolmağa başlamışdır. Özünü təqsirli bilmədiyindən iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, o, 2009-cu ildən 2016cı il tarixədək X9 ilə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşamışlar. Xəyal ilə qeyrirəsmi ər-arvad münasibətində birgə yaşadıqları dövrdə mütəmadi olaraq aralarında ailəməişət münasibətləri zəminində mübahisələr olduğu üçün Xəyaldan ayrılmışdır. Xəyaldan ayrıldıqdan sonra Gəncə şəhər Kəpəz rayon Məhkərəsinə müraciət edərək Xəyal ilə birlikdə yaşadıqları Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 23-cü küçədə yerləşən evdə yaşamaq hüququ almışdır. 19 mart 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnamə əsasında yaşamaq hüququ olan Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən evə getmişdir. Evə daxil olduqdan sonra yaşamaq hüququ olan otaqda uzun müddət yaşayış olmadığı üçün neft ilə otağı silməyə başlamışdır. Həmin vaxt evdə olan Nəcibə, Xəyala zəng vurub Xəyalı evə çağırmış, bir neçə dəqiqədən sonra Xəyal yaşadı evə gəlib onunla sözlə mübahisə etməyə başlamışdır. Xəyal ilə aralarında mübahisə başa çatdıqdan sonra Xəyalın arvadı Nəcibə yaxınlıqdakı küçədə yaşayan keçmiş baldızı X6 çağırmışdır. Saat 18:50 radələrində Aygün həmin evə gəldikdən sonra onun ünvanına söyüşlər dediyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Aygün üzərinə gəlib əli ilə saçının arxasından tutmuşdur. O, həmin vaxt Aygünün saçından tutmaq istəyən zaman Aygünün saçından tuta bilməmiş və əli Aygünün boğaz nahiyəsinə dəymişdir. Həmin vaxt onların yanında olan Xəyal araya keçib onun iki əlindən tutaraq saxlamışdır. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 31 mart 2022-ci il tarixli Rəyindən aydın olur ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 iyul 2022-ci il tarixli Qərarından görünür ki, hazırki inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmiş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Həmin iş üzrə barəsində inzibati xəta haqqında haqqında icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması zamanı barəsində inzibati xəta haqqında haqqında icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığı müəyyən edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157 maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün materiallar Gəncə Şəhər Baş Polis İdarəsinə icra üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin məhkəmə şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi müddətinin başlanğıcını müəyyən etmək üçün zəruri hesab edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı inzibati xəta haqqında icraat materiallarında aşkar etmədi. İş materialları araşdırılarkən müəyyən edildi ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Cinayət işinin başlanmasının rədd qərarı iş materiallarına əlavə edilmədiyindən məhkəmə hesab edir ki, müddətin axımı hadisənin baş verdiyi tarixdən, yəni 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. 29 mart 2022-ci il tarixdən bugünki tarixə yəni 26 iyul 2022-ci il tarixədək 03 (üç) aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan 03 (üç) aydan çox müddət keçməsinə baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar icraat materiallarına əlavə edilmədiyindən, məhkəmə müddətin axımının hadisənin baş verdiyi tarixdən başlanmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar