Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-225/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10896428 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X5 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10896428 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, şikayətçi X2 şikayət etdiyi elektron qərarda inzibati xətanın törədildiyi yer “Xəqani küçəsi” qeyd edilmişdir. Həmin küçə ölkənin bir neçə şəhər və rayonunda olduğundan, həmçinin Bakı şəhərində Xəqani küçəsi bir neçə rayonun ərazisindən keçdiyindən, həmin küçənin dəqiq olaraq hansı şəhərə və ya rayona aid olduğunu müəyyən etmək, buna görə də şikayəti aidiyyəti üzrə göndərmək mümkün olmamışdır. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayətçi X5 şikayəti aidiyyəti üzrə düzgün vermədiyi üçün şikayət geri qaytarılmalı və ona xx.xx.2022-ci il tarixli EQ 10896428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yeri müəyyənləşdirərək həmin yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10896428 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 xx.xx.2022-ci il tarixli EQ 10896428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yeri müəyyənləşdirərək həmin yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilsin. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-225/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-225/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver