Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2269/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 20 000 ABŞ dolları alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1754/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-877/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi icra olunanadək Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsaəsn Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müdafiə edib Şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan 850 manat ödədiyini qalan borcu tam, birdəfəlik ödəməyə maddi imkanının olmadığını, ona vaxt veriləcəyi təqdirdə borcundan hər ay ***-**** manat arası ödəniş edəcəyini bildirmişdir. Sonda o, barəsində aparılan inzibati icraatın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Rövşənin ona olan borcunda 850 manat ödəniş etdiyini, qalan borcu konkret hansı məbləğdə ödəyəcəyinə fikir bildirmədiyini, hər ay 2000 manat sabit pul məbləğində ödəniş edəcəyi təqdirdə hissə-hissə ödənişi qəbul etdiyini, əks təqdirdə borclunun inzibati qaydada tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 20000 ABŞ dolları alınıb Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. - 09 yanvar 2023-cü il tarixli 2(125)-3-1/2023 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20 000 (iyirmi min) ABŞ dolları pul və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X4 xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-877/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-1754/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarın icra edilməsi barədə xəbərdar edilmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatlardan görünür ki, o,icra sənədini icra etməkdən boyun qaçırmadığını, lakin gəliri az olduğu üçün ödənişi dəqiq nə vaxt ödəyəcəyini bilmədyini demişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)- 1754/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati tənbeh aldıqdan sonra maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-2269/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2269/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver