Məhkəmə qərarları › İş №3(125)-2283/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2283/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2283/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Fİrəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X3 Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X9 İdarəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri Şeyx Bahəddin küçəsində yerləşən “Xarı Bülbül” adlı obyektin sahibkarı Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yayınlanmasının qadağan olunmasının bildirilməsinə və onun yığışdırılması barədə yazılı göstəriş verilsə də 21 iyun 2024-cü il tarixdə saat 15-40-da verilən yazılı göstəriş tam yerinə yetirilməmişdir. “Reklam haqqında” Azerbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmçinin qeyd edilən qanunun 26.1-ci maddəsində qeyd edilir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur Azərbaybaycan Respublikası Prezidentinin 1743 nömrəli Fərmanın “Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası” 3.3-cü maddəsinə əsasən Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir. Azerbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinin 33-2.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir. Qeyd olunanlara əsasən bildiririk ki, sahibkar X1 fasad üzərində yayımladığı “Xarı Bülbül” məzmunlu reklam birbaşa fasada bərkidilmədiyinə görə, istifadə olunan lövhənin (qurğunun) ümumi ölüçüsünə əsasən dövlət rüsumu və yayım haqqı hesablanır. Həmçinin obyektin vitrinlərində yayımlanan reklam daşıyıcıları açıq məkanda reklam yayımı hesab olunduğu üçün qanunamüvafıq qaydada icazə alınmalı və zəruri ödənişlər həyata keçirilməlidir. Bu əmələ görə X9 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Xarı Bülbül” obyektində üzərində olan reklan 1km dən artıq olmamışdır.Həmin reklam lövhənin üzərində olmamışdır. Eyni zamanda çöldən görünən yazı isə obyektin içərisində olmuşdur və çölə ünvanlanmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona gprə dəteriallarında olan: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 398 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 Gəncə şəhəri, Dədə Qorqud küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, vitrində 5,45 m2 ölçüdə reklam yayımladığı aşkar edilmişdir. xx.xx.2024-ci il tarixli, 11-3-3/2-467/2024 nömrəli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən Şəxs Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən “Xarı Bülbül” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində X9 İdarəsinə müraciət edilməsi,əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Poçt qəbzindən görünür ki, həmin göstəriş xx.xx.2024-cü il tarixdə inzibati icraat aparılan şəxs Şəxs anasına çatıdırılmışdır. 11-3-3/2-975/2024 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə məktubdan görünür ki, Şəxs inzibati xəta haqqında protokol tərtib olunmasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Poçt qəbzindən görünür ki, həmin göstəriş xx.xx.2024-cü il tarixdə inzibati icraat aparılan şəxs Şəxs təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli, 780 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Seid X2 şəhəri Şeyx Bahəddin küçəsində fasadda 8 m2 ölçüdə reklam yayımlayır. xx.xx.2024-cü il tarixli, 1581 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixli 11-3-3/2-467 nömrəli icrası məcburi olan yazılı göstərişin tələblərini yerinə yetirməyərək Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 8 m2 ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 1791 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixli 11-3-3/2-975/2024 nömrəli məktubla xx.xx.2024-cü il tarixdə saat 10:00-da barəsində AR İXM-nin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtibində iştirak etmək üçün X9 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsi işində iştirak etməmişdir. Bununla da Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində “Xarı bülbül” obyektinin sahibkarı Şəxs “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla, fasadda 8 m2 ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İş materiallarına “Xarı Bülbül” obyektinin fotoşəkilləri də əlavə edilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, VOEN ********** nömrə Şəxs məxsusdur. xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, “Xarı Bülbül” obyektinin vitrinində 2 ədəd ümumi sahəsi 0,82 m2 və 2 ədəd ümumi sahəsi 6,97 m2 olan reklam yayımlanır. Obyektin fasadında hal-hazırda ümumi 10,79 m2 olan konstruksiya üzərində ümumi ölçüsü əsasən 8,71 m2 reklam yayımlanmaqdadır. Məhkəmə, inzibati icraat aparılan şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azerbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin qanunun 26.1-ci maddəsində qeyd edilir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaybaycan Respublikası Prezidentinin 1743 nömrəli Fərmanın “Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası” 3.3-cü maddəsinə əsasən Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət X5 şəhəri Şeyx Bahəddin küçəsində yerləşən “Xarı Bülbül” adlı obyektdə açıq məkanda yayımlanan reklamın ümumi ölçüsü 1 m artıq olmasına baxmayaraq, inzibati icraat aparılan şəxs həmin ölmünün yalnız yazıdan ibarət olmasını, içəridə olan yazının isə çölə ünvanlans belə vetrindən aralı omasını əsas gətirərək reklam üçün icazə almamışdır. Lakin məhkəmə qaununvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, “Xarı Bülbül” adlı obyektin sahibkarı Şəxs tərəfindən qanunverilciyin tələbləri pozulmuş, ümümi ölçüsü 8 m olan reklam yayımlanmışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasəm reklam löbhə ilə birlikdə ümumi ölçüsü nəzərə alınmaqla hesablanır. Eyni zamanda obyektin şəkillərindən görünür ki, obkyektin adı içəridə qeyd edilsə də bu çölə ünvanlanmaqla qeyd edilmidir. Ona görə də qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən reklam yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün müraciət eməsi barədə məlumatlandırılmalıdır. X9 İdarəsi bu səlahiyyətə istinad edərək Şəxs yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermiş, sonuncu isə müvafiq icazəsi tələb olunmayan reklamın yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X9 İdarəsi bu səlahiyyətə istinad edərək X6 icazə müqaviləsinin bağlanılması barədə yazılı göstəriş vermiş, sonuncu isə müqavilə bağlamadan icazəsiz reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar