Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2325/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, 1-ci dalan, ev 14-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfərov küçəsi, ev 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda ünvan 2nvanında yaşayan Şəxs Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-546/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1 uşağın saxlanılması üçün hər ay cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X5ma verilməlidir. Bundan əlavə Şəxs borcluluğu ilə əvvəlki dövrdən idarənin icraatında aliment tələbi ilə digər iki icra işi var, hansı ki, həmin icra sənədləri üzrə də onun aliment borcu var. Ümümilikdə isə Şəxs 6880 manat aliment borcu var. Borclu Şəxs cağrışlara gəlmədiyi üçün, yaşayış yerini tərəfimizdən müəyyən edə bilmədiyimiz üçün axtarışa verilmiş və onun icra idarsinə gəlməyini polis əməkdaşları təmin etmişlər. Yuxarıda qeyd olunan icra sənədləri üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş müvafiq tarixlərdə ünvanlanmış və təqdim edilmişdir. Eyni zamanda müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş, SMS bildirişlər göndərilmiş və sonuncu dəfə bu gün inzibati məsuliyyətə cəlb olunması barədə izahatı alınmış, eyni zamanda qanun tələbləri izah edilmişdir, lakin borclu izahatında məhkəmə qərarı üzrə olan 6880 manat aliment borcunu tam şəkildə təmin edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu Şəxs alimenti ödəmədiyinə görə tələbkarın çoxlu sayda şikayətləri icra idarəsinə və aidiyyatı qurumlara daxil olmuşdur. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetinnir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu Şəxs aliment borcunu, yəni qanunla müəyyən edilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmaqla təqsirlidir. Bununla da, borclu Əlizadə X7 Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu borcundan ödənişlər etsə də borcunu tam ödəməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, zərəçəkmiş şəxslə hissə-hissə ödəniş edilməsi barədə razılıq əldə etmişdir.Yeni işə daxil olmuşdur. Hər ay maaşından ödənişlər edəcəkdir. Həbs ediləcəyi halda işdən də azad olunacaqdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 598/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 1 uşağın saxlanılması üçün aylıq qazancının dörddə bir hissəsində aliment tutularaq X6 verilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-598/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs imza etdirilməklə təqdim edilməklə, ona Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-598/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 590/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1 uşağın saxlanılması üçün hər ay 140 manat aliment tutularaq X3 verilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-590/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs imza etdirilməklə təqdim edilməklə, ona Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-590/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 546/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 1 uşağın saxlanılması üçün hər ay 220 manat aliment tutularaq X3 verilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-546/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs imza etdirilməklə təqdim edilməklə, ona Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-546/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Əlizadə X2 inşaat fəhləsi işləməklə 669.71 manat əmək haqqı alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcundan tam ödəniş edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yeni işə daxil olaraq 669.71 manat əmək haqqı almasını və həmin əmək haqqını aliment borcuna tutularaq borcun ödənilməsinə ayrılacağını nəzərə alaraq, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2325/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2325/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver