Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2327/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə və qərarından şikayət verilmiş orqanın nümayəndələri X6 və X3 iştirakları ilə, X1 Gəncə-Daşkəsən Regional bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırarkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxılarkən İXM-nin 110-cu maddəsinə müvafiq olaraq işin üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta Göygöl rayonunun Qızılca kəndində yerləşən “Mal bazarında” törədilmişdir. Həmçinin qərardan şikayət verən şəxs Ü.Vəliyevanın təqdim etdiyi şəxsiyyət vəsiqəsindən və məhkəmə elektron informasiya sistemdən aydın olur ki, Ü.Vəliyeva Göygöl rayonu ərazisində qeydiyyatda olmaqla orada yaşayır və o, şikayət ərizəsinə yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43-cü, 110-cu, 112-ci və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2327/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2327/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver